Kayıtlar

buyukelci etiketine sahip yayınlar gösteriliyor

“Azerbaycan ve Türkiyenin qarşılıqlı desteyi hemişe davam edecek”

Resim
“Tarix keçmişin aynasıdır. Biz bu aynada 1918-ci il hadiselerini, Azerbaycan-türk qardaşlarının kürek-küreye dayanıb bir mücadile apardığını, 1918-ci ilde bu torpaqları kimlerin işğal etmek istediyini görürük”. Bu açıqlamanı Türkiyenin Azerbaycandakı sefiri Hulusi Kılıç dünen Milli Azerbaycan Tarixi Muzeyinde açılan “Qafqaz İslam Ordusu ve Bakının azad edilmesi” adlı sergi ile tanışlıqdan sonra deyib. Türkiyenin Azerbaycandakı sefiri Hulusi Kılıç serginin gözel hazırlandığını ve burada Azerbaycan-Türkiye qardaşlığının tarixinin eks olunduğunu bildirib. Daha sonra o deyib: “Türkiye-Azerbaycan qardaşlığına hele şübhe edenler varsa, buyurub, bu sergiye baxsınlar. Onlar görecekler ki, bizim qardaşlığımız Çanaqqala savaşında, Azerbaycan torpaqlarının qurtuluşundan sonra Türkiyedeki istiqlal savaşında qarşılıqlı şekilde davam edib. İndi de bele yardımlar Dağlıq Qarabağ ve diger meselerde davam etdirilir ve davam etdirilecek. “. Qeyd edek ki, sergide Qafqaz İslam Ordusunun tarixi, döyüşlerine...

“Qafqaz”da təhsilin səviyyəsi digərlərindən fərqlənir.

Resim
"Ən yüksək vəzifə könüllərdə qurulan taxtdır, bundan daha yüksək məqam yoxdur" Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bir neçə gün əvvəl qəzetimizin “Redaksiya qonağı” rubrikasının qonağı oldu. Onunla çox mövzulardan danışdıq. Suallarımızı bəzən səfir kimi cavablandırdı, bəzən sadə Türkiyə vətəndaşı kimi, bəzən də sadəcə olaraq dost kimi. Azərbaycanı çox sevdiyini deyir, burada işləməyi Vaşinqtonda, Parisdə, Londonda işləməkdən üstün tutur. “Bir millət, iki dövlət” prinsipinə ən səmimi duyğuları ilə inandığını və hər kəsin də bu prinsipə inanmalı olduğunu söyləyir. - Cənab səfir, artıq 6 aydan çoxdur ki, Azərbaycandasınız. Təəssüratlarınız necədir? - Son gəlişimdən əvvəl Azərbaycanda dörd dəfə olmuşam. Ancaq bu səfərlərim qısamüddətli olduğu üçün Azərbaycanı, onun bölgələrini və insanlarını yaxından tanıya bilməmişdim. Artıq 6 aydan çoxdur ki, buradayam. Gözlədiyimdən daha yaxşı Azərbaycanla qarşılaşmışam. İnsanlar çox istiqanlıdır. Ölkə də ço...