Kayıtlar

Polşa etiketine sahip yayınlar gösteriliyor

Bakıda “INEPO- AVRASİYA” ətraf mühitin mühafizəsi beynəlxalq layihə olimpiadası keçiriləcək

Resim
Bakı, 2 aprel, SalamNews , O.Kərimov. Ekologiya və qlobal fəlakətlərdən çıxış yolları məsələlərinə həsr edilən “INEPO- AVRASİYA” ətraf mühitin mühafizəsi beynəlxalq layihə olimpiadasının Bakı şəhərində keçirilməsi artıq ənənəyə çevrilib. Ötən illərdə ARDNŞ-nin maliyyə dəstəyi ilə artıq 4 belə olimpiada təşkil edilib. SalamNews ARDNŞ-nin rəsmi saytına istinadən bildirir ki, cari ildə bu ənənəvi tədbirin 6-9 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur. Olimpiadanın məqsədi ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, ekoloji şüuru inkişaf etdirmək, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaq, eləcə də ekoloji problemlərin həllində şagirdləri müxtəlif layihələrə cəlb etməkdir. Bu il də ARDNŞ-nin dəstəyi ilə Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İctimai Televiziyanın, “Çağ” Öyrətim İşlətmələri Şirk...