Qafqaz Universiteti ilə ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyi arasında əməkdaşlıq genişlənir


Bakı, 26 dekabr (AzərTAc). Qafqaz Universitetində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyi (İB) Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev universitetin Kimya mühəndisliyi, Sənaye mühəndisliyi və Mexanika mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrlə görüşmüşdür. 
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə Muxtar Babayev “Azərikimya” İB-in fəaliyyəti barədə məlumat vermişdir.
Müasir dünyada kimya sənayesinə böyük önəm verildiyini qeyd edən M.Babayev bu sahənin ölkəmizdə də inkişafı üçün yeni tələblərə cavab verən kadrlara ehtiyac olduğunu xatırlatmış, tələbələrə təhsildə uğurlar arzulamış, onlara tövsiyələrini vermişdir.
Sonra kadr hazırlığı ilə bağlı birgə layihələr üzrə müzakirələr olmuşdur. 
http://www.azertag.com/node/899576

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq