Azərbaycanda universitetlərin reytinq cədvəli açıqlandı

Mübariz Aslanov/AZADİNFORM. Bu il ali məktəblərə qəbulla bağlı universitetlərarası reytinq cədvəlinə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edir. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, ikinci yeri Azərbaycan Tibb Universiteti tutub. “Sonrakı yerləri isə Azərbaycan Dillər Universiteti, Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutu, Naxçıvan Dövlət Universiteti və Bakı Slavyan Universiteti tutur” - deyə M.Abbaszadə vurğulayıb. O, həmçinin bildirib ki, ötən ildə olduğu kimi, bu il də ən yüksək keçid balları Dövlət İdarəçilik Akademiyası və Qafqaz Universitetinin ixtisasları üzrə olub. “Ən aşağı keçid balı isə Azərbaycan bölməsində Azərbaycan Dövlət Aqrar Universitetinin zootexniklik ixtisası, rus bölməsində isə həmin ali məktəbin aqronomluq ixtisası üzrə olub” - deyə o, əlavə edib.
28.12.2011 12:56  

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq