Lənkəran şəhərində beynəlxalq konfrans
23-25 dekabr 2011-ci il tarixdə Lənkəran Dövlət Universitetində adı
qeyd edilən ali təhsil ocağının, Sumqayıt Dövlət Universitetinin, Qafqaz
Universitetinin və Azərbaycan Turizm İnstitutunun təşkilatçılığı ilə
“Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və problemlər”
mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Dekabrın 23-də Nəcəf bəy
Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında konfransın açılışı
olmuşdur.
Plenar iclasda Lənkəran Dövlət Universitetinin rektoru professor Asəf
İsgəndərov, Sumqayıt Dövlət Universitetinin rektoru professor Nadir
Qəhrəmanov, Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıc,
ATİ-nin rektoru professor Cəfər Cəfərov çıxış etmiş, konfransın
fəaliyyətinə uğurlar arzulamışdır. Beynəlxalq tədbir ölkə presidenti
İlham Əliyevin 50 illik yubileyi gününə təsadüf etdiyindən tədbir
iştirakçıları adından prezidentə təbrik ünvanlanmışdır. Elmin müxtəlif
sahələrində çalışan tədqiqatçıların dayanıqlı inkişaf və idarəetmə
məsələlərinə dair nəzəri və təcrübi istiqamətdə davamlı axtarışlar
aparmaları təsadüfi deyildir. Beynəlxalq konfransda müasir
təbiətşünaslıq, eləcə də humanitar və ictimai siyasi sahələrdə əldə
edilən elmi nəticələr geniş təhlil edilmiş və təkliflər irəli
sürülmüşdür. Üç gün davam edən konfransda ATİ-nin professor müəllim
heyəti xüsusi fəallıq göstərmişdir.