Biznes Dünyası Klubu “Barama” layihəsində
23 December, 2011
Mədəniyyət
şöbəsi nəzdində fəaliyyət göstərən Biznes Dünyası Klubunun (BDK)
üzvləri Azərcell şirkətinin “Barama” layihəsində iştirak etmək hüququ
qazandı. Layihənin əsas məqsədi İnformasiya-Kommunikasiya
Texnologiyaları (İKT) ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf
etdirmək və onun həyata keçirilməsini təmin etməkdir. Layihədə
Iqtisadiyyat və İdarəetmə fakültəsinin baş müəllimi dr.Rasim
Abutalıbovun rəhbərliyi ilə Biznes Dünyası Klubu idarə heyətinin 7 üzvü
iştirak etdi. 3 turdan ibarət olan layihəyə digər universitetlərdən də
45 tələbə qatıldı. I turda 6 tələbəmiz müvəffəqiyyət qazandı, bu
tələbələrdən 4-ü ikinci turda iştirak etdi.
Digər universitetlərdən olan 12 tələbə də daxil olmaqla III tura
yalnız 5 tələbə keçməli idi. Sevindirici və təqdirə layiq haldır ki, 4
iştirakçı tələbənin 4-ü də III tura keçdi, digər 1 nəfər isə Azərbaycan
Dövlət İqtisad Universitetindən oldu. Barama layihəsində iştirak etmə
hüququ qazanan tələbələrimizi:
1. Azad Şərifxanlı – Biznesin idarə edilməsi bölməsi, V kurs
2. Rakif Həsənli – Biznesin idarə edilməsi bölməsi, V kurs
3. Qəmər Zeynallı – Maliyyə bölməsi, III kurs
4. Turqut Məmmədli – Bank işi bölməsi, III kurs
təbrik
edir, onların yaradıcı imkanlarını inkişaf etdirəcək bu layihədə
cəsarətli ideyalarını uğurla gerçəkləşdirmələrini arzulayırıq.