Heydər Əliyev və Müstəqil Azərbaycanın 20 illik sosial-iqtisadi inkişafı" mövzulu elmi məqalə müsabiqəsinin qalibləri müəyyənləşdi


Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə doktorantlar, bakalavrlar və magistrlər arasında Heydər Əliyev və Müstəqil Azərbaycanın 20 illik sosial-iqtisadi inkişafı" mövzulu elmi məqalə müsabiqəsi keçirilib. Müsabiqəyə 2011-ci il sentyabr ayında start verilib. 
Müsabiqənin məqsədi Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən keçən dövr ərzində ölkəmizin sosial-iqtisadi həyatında yaranmış köklü dəyişikliklərin müxtəlif elmi aspektlərdən öyrənilməsi üçün Azərbaycan Respublikasının tələbələri və tədqiqatçıları arasında elmi tədqiqatların aparılmasını təşviq etmək idi. 
Müsabiqənin republika miqyaslı ola bilməsi üçün və ölkəmizin hər yerindən və eləcə də xaricdə yaşayan azərbaycanlıların bu müsabiqədə iştirak etməsi üçün səfərbərlik elan olundu və ümumilikdə universitet, elmi-tədqiqat institutları, müəllimlər institutu olmaqla 50-dən çox elm-tədris mərkəzində tədbir ilə bağlı məlumatlar göndərildi. Bununla yanaşı nazirliklər və dövlət komitələri də daxil olmaqla 20-dən çox dövlət müəssisəsində işləyən mütəxəssislərə tədbirlə bağlı məlumatlar verdi. 
Məqalə müsabiqəsində 24 fərqli qurumdan 90 iddiaçı iştirak edib. Müsabiqənin genişmiqyaslı olduğuna misal olaraq müraciət edənlərdən 1 nəfərin Almaniyanın Flensburg Universitetindən, bir nəfərin Almaniyanın Lund Universitetindən və 1 nəfərin də Türkiyənin İnönü Universitetindən olması idi. Bununla yanaşı Azərbaycanın regionlarından da müsabiqədə yüksək sayda müəllif iştirak edib. Bu iştirakçılar əsasən Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Quba və Naxçıvan Müəllimlər İnstitutundan olmuşdur. 9 dekabr 2011-ci il tarixi etibarı ilə müsabiqəyə məqalə qəbulu dayandırılıb. 
Təqdim edilən məqalələr Qafqaz Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfində ayrı-ayrılıqda baxılmış və qiymətləndirilib. Bakalavr dərəcəsində 1-ci yeri tutan tələbə 500 manat, magistratura dərəcəsində 1-ci yeri tutan tələbə 600 manat və doktorantura dərəcəsində 1-ci yeri tutan tələbə isə 800 manat pul mükafatı alıblar.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF