Qafqaz Universitetində Həmrəylik Günü qeyd olundu
Qafqaz Universitetində 31
dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir
keçirilmişdir. Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru,
professor Ahmet Saniç açmış və bildirmişdir ki, 31 dekabr–Dünya
Azərbaycanlılarının Həmrəylik Günü
universitet tərəfindən hər il təntənəli şəkildə qeyd olunur. Dünya
Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət,
milli-mənəvi dəyərlərə hörmət, vətənə bağlılıq hisslərini özündə
təcəssüm etdirir. Uzun illərdən bəri bütün dünyada yaşayan
həmvətənlərimizi düşündürən dünya azərbaycanlılarının həmrəyliyi ideyası
ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət
siyasəti səviyyəsinə qaldırılıb və ardıcıl olaraq həyata keçirilib.
Digər çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova bildirdi ki, son illər ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi, birlik və mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi diaspor potensialının mühüm amilə çevrildiyini göstərir.
Tədbir Qafqaz Universitetinin tələbələrinin rəqs kollektivinin və ayrı-ayrı tələbələrin ifasında Azərbaycana aid mahnılarla davam etdirildi. Tədbirin sonunda il ərzində müxtəlif yarışlarda, olimpiadalarda fərqlənən tələbələrə hədiyyələr verildi.

Gülşən HÜSEYNOVA,
“Respublika”.