Kayıtlar

Bakı Özəl Türk Liseyi etiketine sahip yayınlar gösteriliyor

Şagirdlər Rumınyadan Vətənə medallarla qayıtdılar

Resim
Mayın 5-9 da Rumınyanın paytaxtı Buxarest şəhərində keçirilmiş Beynəlxalq İnformatika Layihə Olimpiadasında Quba Özəl Türk Liseyinin şagirdləri Cahandar Musayev, Enrike Nurməmmədov, Bakı Özəl Türk Liseyinin şagirdləri Fatih Kursat Taşkın və Abdullah Tarik Dinlemez biliklərini sınayıblar. Dünyanın 36 ölkəsinin iştirak etdiyi bu yarışmada Quba ÖTL proqlama kateqoriyasında 3 bürünc, Bakı ÖTL isə 2 gümüş medal qazanıblar. 

“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı

Resim
Bakı Özəl Türk Liseyində “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib. Müsabiqədə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz iştirak edib. Ana dilinə böyük sevgi, vətənpərvərlik hisslərini gücləndirmək, milli mənəvi dəyərləri qorumaq məqsədi daşıyan müsabiqəyə Bakı şəhərində eləcədə bir sıra bölgələrdə fəaliyyət göstərən musiqi və orta ümumtəhsil məktəblərindən də şagirdlər cəlb olunub. Burada məktəblərin şagirdləri şeir və mahnı kateqoriyaları üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.  Müsabiqədə məktəblilər mahnı kateqoriyasında “Əziz ana”, “Yaşa könül”, “Xalq Heydər söyləyəcək”, “Azərbaycan”, “Yaşa mənim xalqım” şeir kateqoriyasında  xalq şairləri Bəxtiyar Vahabzadənin “Oxuma, bülbül”, “Gülüstan” poeması, “Anam öldümü”, Məmməd Arazın “Mənim dilim”, “Məndən ötdü, qardaşıma dəydi”, Cabir Novruzun “Sağlığında qiymət verin insanlara”, C...

Türkiyənin Azərbaycandakı Səfiri Bakı Özəl Türk Liseyində

Resim
Türkiyənin Azərbaycandakı Səfiri Bakı Özəl Türk Liseyində Dekabrın 15-də Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıç, eləcədə səfirliyin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu, Emniyyet müşaviri İsmail Çalışkan və Gömrük müşaviri Ramazan Ulus Bakı Özəl Türk Liseyində olublar. Ziyarətə gələn heyəti “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, və bir qrup müəllim səmimiyyətlə qarşılayıblar. Sonra “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren rəhbərlik etdiyi şirkətin fəaliyyətə başladığı vaxtdan bu günə qədər əldə etdiyi nailiyyətlər və yeniliklər barədə ətraflı məlumat verib. Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, liseylərin Respublika və Beynəlxalq Elm Olimpiadalarında şagirdlərinin ən yüksək yerləri tutmaları, Tələbə Qəbulu üzrə Dövlət K...

Heydər Əliyev və dövlətçiliyi

Resim
Bakı Özəl Türk Liseyində “Heydər Əliyev və dövlətçiliyi” mövzusunda konfrans keçirildi Dekabrın 13-də Bakı Özəl Türk Liseyində “Heydər Əliyev və dövlətçiliyi” mövzusunda konfrans keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili, Azərbaycan Respublikasının Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komissiyasının sədri Əli Hüseynov geniş məruzə ilə çıxış edib. Ə. Hüseynov məruzəsində Ümummilli Lider Heydər Əliyevin istər Sovet İttifaqı dövründə Azərbaycana siyasi rəhbərliyi dövründə istərsə də ikinci dəfə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən söhbət açıb. Ulu Öndərin siyasi hakimiyyəti illərində respublikamızda dövlət əhəmiyyətli müəssisələrin inşaasından, Azərbaycanda C. Naxçıvanski adına ali hərbi məktəbin və neçə-neçə zəruri elm-təhsil ocaqlarının tikilməsindən, ən müxtəlif sahələrdə çalışacaq kadrların y...