Qafqaz Universitetində “IEEE- Tələbələri Birləşdirən Global Peşəkar Platforması” mövzusunda seminar

17 dekabr 2011 tarixində Qafqaz Universitetində təşkil olunacaq 3-cü  “IEEE- Tələbələri Birləşdirən Global Peşəkar Platforması” mövzusundakı seminara təşkil edilmişdir. 
Seminarda çıxış edən Qafqaz Universiteti, Komputer Mühəndisliyi Bölməsinin rəhbəri prof. Abzətdin Adamov IEEE təşkilatı və IEEE təşkilatına üzv olmağın üstünlükləri haqqında informasiya vermişdir. Bu ilin sentyabr ayından IEEE təşkilatının Azərbaycan bölməsinin acılışını təmin edən Qafqaz Universiteti, eyni zamanda bu təşkilata digər universitetlərin də tələbələrinin cəlb edilməsində öz köməkliyi göstərir. 
Seminarın əsas hissəsini təşkil edən-IEEE təşkilatına tələbələrin cəlb edilməsi, əsasən  Texnologiya və standartlar yaradanlar arasında olmağın, eyni sahədə çalışan yerli və beynəlxalq mütəxəssislərlə birləşmənin yolları mövzusuna həsr edilmişdir. 
Seminarda həmçinin İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi bölməsinin müəllimi Rüstəmov Anar İEEE tələbə təşkilatının yaradılması haqqında çıxıs etmişdir.

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.