Kayıtlar

Təhsil etiketine sahip yayınlar gösteriliyor

Çağ Öyrətim Şirkəti Uğur-2010 Mükafatina Layiq Görüldü

Resim
14 April, 2011 Uğur mükafatının təsisçiləri ötən il ərzində əhəmiyyətli nəticələrə nail olmuş şirkətlər və şəxslərin adlarını açıqlayıb. Laureatlar arasında ictimai xadimlər, həmçinin dövlət təşkilatları və özəl şirkətlər var. Qeyd etmək lazımdır ki, özəl şirkətlər həm nüfuzlu maliyyə institutları ilə və yerli bazarda əhəmiyyətli iştirak payına malik milli korporasiyalarla, həm də ölkənin biznes və təhsil məkanına yalnız bu yaxınlarda qoşulmuş iştirakçılarla təmsil olunublar. Mükafata layiq görülənlər arasında Çağ Öyrətim şirkətinin prezidenti Enver Özeren təhsilə verdiyi inkişafa və töhfəyə görə "UĞUR-2010" mükafatını qazanıb.

Cəlilabad Rayon Təhsil şöbəsində görüş

Resim
Fevralın 18-də Cəlilabad Rayon Təhsil şöbəsinin müdiri Ədalət Əsgərov Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifecini və Lənkəran “Araz” kursunun müdiri Musa Şükürovu qəbul edib. Səmimi şəraitdə keçən qəbulda M. Kadifeci və M. Şükürov, Ədalət Əsgərova rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyəti, təhsildə əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublika və Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və bu ili də uğurla başa vuramağı qarşılarına məqsəd qoyduqlarını bildiriblər. Cəlilabad Rayon Təhsil şöbəsinin müdiri Ədalət Əsgərov Lənkəran Özəl Türk Liseyinin və Lənkəran “Araz” kursunun bölgədə tanınmış, nüfuzlu təhsil ocaqlarından biri olduğunu bildirib. Onların fəaliyyətin...