Kayıtlar

Ahmet Çamalan etiketine sahip yayınlar gösteriliyor

Sumqayıtda şəhər olimpiadasının ənənəvi açılış mərasimi keçirilib

Resim
Dekabrın 4-də Sumqayıt Şəhər Uşaq Yaradıcılıq Mərkəzində 2010-2011-ci tədris ili fənn olimpiadalarının şəhər turunun açılış mərasimi keçirilib. Əvvəlcə Sumqayıt Özəl Türk Liseyinin şagirdləri və tədbir iştirakçıları şəhər Şəhidlər Xiyabanına gedərək Vətən uğrunda həlak olmuş şəhidləri yad ediblər. Tədbirdə “Azərkimya” şirkətinin həmkarlar təşkilatının sədri, “Qafqaz” Universitetinin pedaqoji fakultəsinin dekanı Erdal Karaman, Sumqayıt Özəl Türk Liseyinin müdiri və Şəhər Təhsil Şöbəsinin əməkdaşları iştirak etdilər. Açılış mərasimində Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan və digərləri çıxış edərək olimpiadaların keçirilməsi ənənələrindən, intellektual səviyyəsi yüksək olan şagirdlərin gələcək təhsil yolundakı rolundan ətraflı söhbət açıblar. A. Çamalan çıxışında Sumqayıt şəhərinin təhsil sahəsindəki böyük uğurlarından və bu uğurların əldə edilməsində təhsil şöbəsini...