Kayıtlar

Əli Çərkəzoğlu etiketine sahip yayınlar gösteriliyor

Vatanperverlik de budur, milletçilik de!

Resim
Bəri başdan etiraf edim ki, yazının adını özüm düşünməmişəm. Türkiyənin hansısa nazirinin və ya deputatının sözüdür. Özü də bu sözü ötən həftənin bazar günü tamamlanan VI Türkcə Olimpiadası haqqında söyləyib. Biz də elə o olimpiada ilə bağlı qənaətlərimizi dəyərli oxucularımızla paylaşmaq istəyirik. Əgər diqqətinizi çəkdisə, Türkiyənin bəzi qəzetləri və telekanalları bu möhtəşəm tədbiri geniş işıqlandırdılarsa, bəziləri də özünü görməzliyə vurdular. Heç bu mövzunun yanından da keçmədilər. Niyə? Çünki bu tədbirə münasibət hər kəsin niyyətini, məramını ortaya qoyur. Məsələ nədir? - Məlumdur ki, bu gün dünyanın təxminən 110-dan çox ölkəsində özəl türk liseyləri fəaliyyət göstərir. Bu liseylər cənub-şərqi Asiya ölkələrində də var, Rusiyanın müxtəlif vilayətlərində də, Avropada da, Avstraliyada da, Afrikanın adını yenicə öyrəndiyimiz ölkələrində də, okeanın o üzündə, Amerikada da... Bu təhsil ocaqlarında əsasən türkiyəli müəllimlər çalışırlar. Təbii ki, yerli mütəxəssislər də bu işə cəlb o...