TQDK sədri: “Ödənişli ixtisaslar üzrə özəl ali məktəblərdə plan yerləri boş qalır”
Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
M. Abbaszadə deyib ki, abituriyentlərin sənəd qəbulunda seçdikləri universitetlər arasında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 1-ci yeri, 2-ci yeri Azərbaycan Dövlət Tibb Universiteti, 3-cü yeri Qafqaz Universiteti, 4-cü yeri Azərbaycan Dİllər Universiteti tutur: “Ən yüksək keçid balı Dövlət İdarəçilik Akademiyasının “kompüter mühəndisliyi” 667 bal, ən aşağı keçid balı isə Azərbaycan Dövlət Aqrar Universitetinin rus bölməsinin “zootexnik” və “aqronomluq” ixtisası üzrə 252 və 279 baldır”.
Komissiya sədrinin sözlərinə görə, ali məktəblərin müsabiqə yerlərinə 33,5 faiz yerlər dövlət tərəfindən maliyyələşdirilir: “Ödənişli təhsil üzrə müəyyən ixtisaslarda müsabiqə olub. Ancaq ödənişli ixtisaslarda özəl ali məktəblərdə bu plan yerlər boş qalır. Abituriyentlərin istəklərinə gəldikdə, ən yüksək müsabiqə vəziyyəti 4-cü qrupda yaranır. Baxmayaraq ki, 4 626 nəfər 4-cü qrupa sənəd verib ki, onlardan 3 mini idmançıdır”.
http://lent.az/xeber_83054_TQDK_s%C9%99dri-_%E2%80%9C%C3%96d%C9%99ni%C5%9Fli_ixtisaslar_%C3%BCzr%C9%99_%C3%B6z%C9%99l_ali_m%C9%99kt%C9%99bl%C9%99rd%C9%99_plan_yerl%C9%99ri_bo%C5%9F_qal%C4%B1r%E2%80%9D