CƏMİYYƏT : Qafqaz Universitetində həmrəylik tədbiri keçirilib
Qafqaz
Universitentində 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü
münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qafqaz
Universitetinin rektoru, professor Ahmet Sanic qonaqları salamladıqdan
sonar deyib ki, 31 dekabr -Dünya azərbaycanlılarının həmrəylik günü
universitet tərəfindən hər il təntənəli şəkildə qeyd olunur.
Ali təhsil müəssisəsi ənənəsinə sadiq qalaraq bu il də həmrəylik günü münasibətilə tədbir təşkil edib. Onun dediyinə görə, dünya azərbaycanlılarının həmrəyliyi günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərin hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Ali təhsil müəssisəsi ənənəsinə sadiq qalaraq bu il də həmrəylik günü münasibətilə tədbir təşkil edib. Onun dediyinə görə, dünya azərbaycanlılarının həmrəyliyi günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərin hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Digər çıxış edən natiq ANS –şirkətlər qurupunun
informasiya şöbəsinin müxbiri Qənirə Ataşova rektora dərin təşəkkürünü
bildirərək “Çoxdan arzu edirdim ki, bu təhsil ocağı ilə tanış olum. Bu
təhsil müəssəsinin ildən ilə artan reytinqi məni valeh edir . Bəli bu
təhsil müəssəsi əsil Türkiyə -Azərbaycan qardaşlığının bariz
numunəsidir”. Daha sonra Qənirə xanım 31 dekabr - Dünya
azərbaycanlılarının həmrəylik günündən bəs etdi.
Digər natiq Gənclər və
İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova isə bu bayramın həm
Azərbaycanda, həm də dünya ölkələrində yaşayan azərbaycanlılar
tərəfindən qeyd olunduğunu vurğuladı. Onun sözlərinə görə, uzun illərdən
bəri bütün dünyada yaşayan həmvətənlərimizi düşündürən dünya
azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin
tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılıb və
ardıcıl olaraq həyata keçirilib: "Son illər ərzində dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi,
birlik və mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin
möhkəmlənməsi diaspor potensialının mühüm amilə çevrildiyini
göstərir.
Sonra universitetin tələbələrinin rəqs kollektivinin və
ayrı-ayrı tələbələrin ifasında Azərbaycana aid mahnılar oxunub. Tədbirin
sonunda il ərzində müxtəlif yarışlarda olimpiyadalarda fərqlənən
tələbələrə hədiyələr verilib.