Kayıtlar

Keyfiyyət etiketine sahip yayınlar gösteriliyor

Bolonya Prosesində Ali Təhsildə Keyfiyyətin Idarə Olunmasina Həsr Edilmiş Beynəlxalq Konfrans

Resim
  13 April, 2011 Bildiyimiz kimi, ali təhsildə keyfiyyətin idarə olunması problemi qabaqcıl təhsil təcrübəsi olan ölkələrdə aktuallıq kəsb edir. Avropa təhsil məkanına qoşulan ölkələr bu problemi Bolonya prosesi kontekstində həll etmək üçün müntəzəm müzakirələr aparır, eləcə də beynəlxalq konfranslar keçirirlər. Azərbaycan Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Qafqaz Universitetinin təşəbbüsü ilə 15 Aprel 2011-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Bolonya prosesində ali təhsildə keyfiyyətin idarə olunması" adlı beynəlxalq elmi konfransı inidiyə qədər görülmüş işlərin davamıdır. Konfransda ali məktəblərin müvafıq mütəxəssisləri, o cümlədən Türkiyə Respublikasından dəvət olunmuş görkəmli təhsil xadimləri: Marmara Universitetinin Rektoru professor M. Zafer GÜL, Sakarya Universite...

QAFQAZ UNIVERSITETINDE KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİ SİSTEMİ

1993-cü ildə qurulan Qafqaz Universitetində 2000-ci ildən etibarən ISO 9001:2000 Keyfiyyətin İdarə edilməsi Sistemi tətbiq edilməktədir. Qafqaz Universiteti keyfiyyətin idarəolunması ilə bağlı sənədlərini Keyfiyyət Əl Kitabı toplusunda bir araya getirmişdir.  Qafqaz Universiteti daxili keyfiyyətin təminatı üçün seçdiyi hədəflərə daha effektiv və sürətlə çatmaq üçün tələbə, müəllim və işçi heyətini qərar alma mexanizminə daxil etmiş və keyfiyyət hədəfli idarəetmə sistemini seçmişdir.  Keyfiyyətin idarə olunmasında və daxili keyfiyyətin təminatında əsas amillərdən olan tələbə, müəllim və işçi heyətinin ən aşağıdakından ən üstdəkinə qədər “idarəetmədə iştirak”ı  universitetin daha şəffaf və daha demokratik şəkildə idarə olunmasına səbəb olmuşdur. Sadəcə universitet rəhbərliyinin, müəllim heyətinin deyil, tələbələrin də idarəetmədə iştirakı, təmsil olunmaları universitet həyatında canlılığın artmasına və müştəri məmnuniyyət ölçülərinin mənimsənməsinə fayda vermişdir. Bu mənad...