Kayıtlar

Strateji etiketine sahip yayınlar gösteriliyor

“Şirkətin uğur qazanması strateji planlaşdırmadan birbaşa asılıdır”

Resim
Bu müsahibənin iş həyatına atılmaq istəyənlər üçün faydalı olacağına inanırıq. Çünki istənilən müəssisə qurularkən onun strateji planlaşdırmasının aparılması və strateji idarəetməsinin müəyyənləşdirilməsi olduqca vacibdir. Bu iki amil üzərində əvvəlcədən baş sındırılmasa, uğur qazanmaq mümkün  olmayacaq. Qafqaz Universitetinin dəvəti ilə ölkəmizə gəlmiş Türkiyənin Fatih Universitetinin professoru Cevdət Meriç ilə söhbətimiz də bu barədə oldu. - Cevdət bəy, strateji planlaşdırma nə deməkdir? Onun digər planlaşdırma növlərindən fərqi nədir? - Strateji planlaşdırmanın mənşəyi hərbi qaynaqlara gedib çıxır. O, qədimdə hərbçilərin hər hansı bir qalanı və ya ərazini tutmaq üçün planlaşdırdıqları metod və taktikanı ehtiva edirdi. Hazırda isə təkcə hərbi məqsədlər üçün deyil, ticarətdə, iqtisadiyyatda və siyasətdə də çox istifadə edilən bir anlayışdır. Artıq hamı tərəfindən qəbul edilən həqiqətdi...