Fevarlın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Çağ” Öyrətim İşlərmələrinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə 21 fevral -Beynəlxalq Ana Dili Gününə həsr edilən “Dilimiz varlığımızdır” adlı “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin VIII ənənəvi respublika müsabiqəsinin yekun mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanıb. Sonra mərasimdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Elmar Qasımov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. E. Qasımov bildirib ki, ana dili ilə əlaqədar tədris müəssisələrində çoxsaylı müsabiqələr, yarışlar, olimpiadalar və ş. tədbirlər keçirilir. Sevindirici haldır ki,şagirdlərimiz belə müsabiqələrdə fəal iştirak edirlər. “Ana dilimizi sevək, sevdirək” müsabiqəsi ana dilimizi tə...