Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq
Son
dövrlər Azərbaycanda özəl universitetləri çıxmaq şərtilə, dövlət ali
məktəblərində demək olar ki, rəqabət olmadığından bir çox tələbə
işəgötürənlər tərəfindən qəbul edilmir. Nəticədə min bir əziyyətə
qatlaşaraq dövlət universitetini bitirib diplom alan tələbə iş tapa
bilmir. O da faktdır ki, bir çoxları nəyin bahasına olursa-olsun saxta
diploma belə əl ataraq işə qəbul edilir və nəticədə yenə təhsilin
tədrisi təhlükə altına düşür. Pullu təhsildən bu sahədə biznes
quranların daha çox qazanmasına keç kəs irad tuta bilməz. Amma pullu
təhsilin cibi boş olan savadlı və istedadlı gənclərin yolunu bağladığı
da gerçəklikdir. Yaxşı, görəsən hazırda gənclərin təhsilə marağı hansı
səviyyədədir və ümumiyyətlə nə üçün Azərbaycanda özəl təhsil, dövlət
hesabına təhsili sıxışdırır? Bu hal Azərbaycanla müqayisədə xarici
ölkələrdə necədir? Əməkdaşımız Aynurə Sultan ali təhsilin hazırkı
vəziyəti ilə bağlı bu və digər suallara cavab tapmağa çalışıb.
Pullu təhsil deyiləndə ilk növbədə göz önünə bir çox xarici ölklərdə olduğu kimi, keyfiyyətli tədris gəlir. Yəni tələbə il ərzində verdiyi təhsil haqqının müqabilində universitet tərəfindən həm nəzəri, həm də praktiki biliklərə yiyələnir və müasir texnologiaların köməyi də bu sahədə belə desək öz sözünü demiş olur. Lakin bu gün Azərbaycanda bir çox dövlət universitetlərində pullu fakültələr olsa da, orada təhsil alan tələbələr ən yaxşı halda nəzəri biliklərlərə yiylənirlər və bu da onların gələcəkdə öz ixtisasları üzrə iş tapmalarında müəyyən problemlərə yol açır.
Apardığımız araşıdrmalar zamanı bir məqam diqqətimizdən kənarada qalmadı. Belə ki, hazırda respublikada fəaliyyət göstərən özəl və məhşur şirkətlərin 80-90 faizi kadr seçimində üstünlüyü özəl universitet tələbələrinə verirlər.
Rövşən Ağayev - təhsil üzrə ekspert: “Özəl universitetlərin kadrlarına ona görə tələbat var ki, Qafqaz, Xəzər, Qərb universitetidir ki, burada olan uşaqlara təhsillə bağlı verilən biliklər keyfiyyətlidir. Dövlət ali məktəbləri ilə müqayisədə bu universitetlərə tələbat daha artıqdır. Yəni mən sahibkar kimi o kadrı işə götürürəm ki, onun bilik və bacarığı mənə fayda versin. Özəl universitetlərdə təhsilin səviyyəsi daha yüksəkdir”.
Ekspertin sözlərinə görə hazırda özəl universitetlərdə kadr payı da o qədər çox deyil. Yəni hər il 4000 nəfər özəl universitetlərə daxil olur. Bu da tələbə adını qazananların 23 faizi deməkdir. Söhbət universitetlərə qəbuldan düşmüşkən görəsən dövlət və özəl ali məktəblərinə qəbul müqayisədə hansı vəziyyətdədir?
Uğur Arif Bölek - Qafqaz Universitetinin prorektoru: “Ötən ildə də, bu ildə də plan yerlərini ən yüksək səviyyədə dolduran universitetlərdən biriyik. Keçən il 455 tələbə qəbul olunmuşdu. Bu il isə 571 tələbə qəbul olunub. Bildirim ki, bu göstəricilər bizim üçün çox yaxşıdır. Çünki, hər il Aəzrbaycanda 120 000 şagird ali məktəbə qəbul olunmaq üçün sənəd verir. 2011-ci ildə imtahan verən 120 000 tələbədən 4 nəfəri 700 bal yığdı və onların seçimi Qafqaz universiteti oldu”.
Nadir İbadov - Gəncə Dövlət Univeristetinin elm və texnika üzrə prorektoru: “Universitetdə 8 fakültə fəaliyyət göstərir. 5 000-ə yaxın da tələbə təhsil alır. Onların bir qismi ödənişli təhsil alır. Ötən il bizim universitetə daxil olan tələbələrdən 470 nəfəri dövlət sifarişi ilə qəbul olunub. Bu tələbələrin təhsil haqqları dövlət tərəfindən ödənilir. Təhsil, Maliyə Nazirlikləri ilə universitet arasında müqavilə bağlanır və sonradan həmin vəsait universitetə verilir”.
Bildirək ki, 2011-ci ildə respublikada təxminən 120 000 nəfər ali məktəbə qəbul olmaq üçün sənəd verir, amma onların da yarısı ali məktəblərə hazırlıqlı olmur. Bəzən başqa maraqlar da olur. Yəni bir çoxları sadəcə öz şanslarını yoxlayır və bu hal bəzən özünü doğruldur. Faktiki olaraq isə ali məktəbə hardasa 16-17 min nəfər qəbul olur. Bu da o deməkdir ki, hər 100 nəfərədən 16 nəfəri ali təhsil ala bilir. Bu isə xarici ölkələrlə müqayisədə respublikada təhsilə marağın aşağı səviyyədə olmasına işarədir. Məsələn, müqayisə üçün İnkişaf etmiş Avropa ölkələrinə nəzər salaq. Bu dövlətlərin hər birində qəbul əmsalı 30 faizdən aşağı deyil. Orta göstərici isə 35-40 faizdir. İsraildə 50%-dən yuxarıdır. Yəni hər iki uşaqdan biri ali təhsil alır. Azərbaycanda təhsilin ikinci pilləsində bakalavrdan magistraturaya keçiddə də vəziyyət eynidir. 2011-ci ildə 29 min nəfər bakalavr pilləsini başa vurub. Onlardan da hər 3 nəfərdən biri magistr üzrə sənəd verib. Qəbul olanlar isə cəmi 4 min nəfərdir. Deməli hər 7 tələbədən biri təhsilin ikinci pilləsinə qəbul olub.
Rövşən Ağayev - təhsil üzrə ekspert: “Hazırda dünyada iqtisadiyyat elə bir yerə çatıb ki, artıq orta məktəb bilikləri iqtisadiyyatın tələblərinə cavab vermir. Mən fikirləşirəm ki, dünyada ali təhsil əmsalı artırılmalıdır. Bu gün Azərbaycanda hər 100 uşaqdan 15-16 uşağın deyil, ən azı 30-35-i ali təhsil almalıdır. Nəzərə alın ki, şəhərlə kənd arasında da kəskin fərqlər var. Bakıda hər 100-dən 28-30-u ali təhsil ala bilirsə, Ağcabədi, Yardımlı və s. kimi rayonlarda 100-uşaqdan 5-i ali təhsil ala bilir. Bizdə ali təhsil əmsalı yüksəlməlidir. İkincisi isə təhsilə stimul verilməlidir”.
Qeyd edək ki, təhsildəki bu və digər problemlər sonda saxta diplomların ortaya çıxmasına da səbəb olub. Məsələ ilə bağlı apardığımız araşdırma zamanı məlum oldu ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 24 rayon üzrə araşdırmalar artıq başa çatıb. Müəyyən olunub ki, həmin rayonların ümum təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92 nəfərinin diplomu saxtadır. Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalan hissəsi isə digər 20 rayonda aşkar edilib. Bunların arasında Gəncənin də adı var. Təhsildə digər problem isə özəl universitetlərlə yanaşı, dövlət ali məktəblərində də təhsil haqqının ildən-ilə artırılmasıdır. Apardığımız araşdırma zamanı aydın oldu ki, heç bir müəssisənin, onun rəhbərinin təhsil haqlarında bu və ya digər dərəcədə dəyişiklik etməyə, özbaşına qiymətləri qaldırmağa ixtiyarı yoxdur. Təhsil haqqının qaldırılması, yaxud da ona hansısa dəyişikliklərin edilməsi Tarif Şurası tərəfindən həyata keçirilə bilər. Xatırladaq ki, ödənişli təhsil və qiymətlər dünyanın bir çox ölkələrində də sürətlə artır. Məsələn, Amerikada son 30 ildə digər sahələrlə müqayisədə ali təhsil müəssisələrində təhsil haqqı daha çox yüksəlib. Hazırda 80-dən çox ölkədən 1200-dək xarici tələbənin təhsil aldığı Kolorado Universitetində illik təhsil haqqı 4200 dollardır. Ancaq Kolorado Universiteti xarici tələbələrə bəzi yardımlar təklif edir. Məsələn, universitet 4 il ərzində təhsil haqqının dəyişməyəcəyinə təminat verir. Həmçinin burada hər il qeyri-adi bacarığa və qabiliyyətə malik 4 xarici tələbəyə təqaüd ayrılır. Yerli tələbələrə gəlincə, bu təhsil müəssisəsində Amerika vətəndaşı olan tələbələrə hər il federal və ya dövlət maliyyə yardımı nəzərdə tutulur. Azərbaycanda isə vəziyyət və qaydalar başqa cürdür - nə tələbə ilə müqavilə bağlayan var, nə də onun 4 il ərzində pullu təhsil almaq imkanını yoxlayan. Bildirək ki, respublikada hər tələbə üçün təhsil xərci var və tələbələrin təhsil haqları ilə bağlı fikirləri, demək olar ki, eynidir. Bu həm özəl, həm də dövlət ali məktəblərinin tələbələrinə aiddir.
Pərviz Movlayev - özəl universitetin məzunu: “Mən beynəlaxalq ibtidai münasibətlər fakültəsinin məzunuyam. Bizim fakültədir, tələbələr qrup şəklində özəl şirkətlərə aparılırdı. Praktiki olaraq orada onlar bütün prosesləri izləyə bilirdilər. Dərsliklər yenilənir özləri dərsliklər çap edir. Dünya səviyyəli universitetlərin kitabları Azərbaycan dilinə tərcümə edilir. Belə düşünürəm ki, tələbələrin ora ödədiyi vəsait o universitetin həyata keçirdiyi bu və digərə tədbirlərə yetərli deyil”.
Elnur Məmmədov - özəl universitetin məzunu: “Yəni müəllim tələbə münasibəti çox səmimidir. Bir çox universitetlərdə tanışlarımız var, onların müəllimlərlə münasibətləri arasında bizdə tam fərqlidir. Universitetin daxilində məzun koordinasiya deyilən bölmə var ki, orada məzun olan tələbələrin iş tapmalarına köməklik göstərilir”.
Xatırladaq ki, dövlət ali təhsil müəssisələrində ödənişli təhsil forması üzrə qəbul 1994-cü ildən aparılır. Həmin il dövlət büdcəsi vəsaiti hesabına maliyyələşən təhsil və ödənişli təhsil formasına tələbə qəbulu müsabiqəsi ayrı-ayrı vaxtlarda keçirilib. 1995-ci ildən başlayaraq hər iki təhsil formasına qəbul eyni vaxtda aparılır və abituriyentlərə ərizələrində ödənişli və ödənişsiz ixtisasları istədikləri ardıcıllıqla göstərmək imkanı verilir. Məsələ ilə bağlı Təhsil Nazirliyinin də mövqeyini öyrənməyə çalışsaq da qurumda suallarımızı cavablandıracaq bir şəxs tapılmadı.
Lakin bir məsələni unutmamaq lazımdır ki, təhsildə olan problemlər və çatışmazlıqlar həqiqətən də istedadlı gənclərimizin bir çoxunu təhsildən kənarlaşdırır. Ya da ən yaxşı halda onların xarici ölkələrə üz tutmalarına səbəb olur. Bəzi hallarda isə onlar elə getdikləri ölkələrdə qalıb çalışmağa davam edirlər. Bu da təbii ki, ölkədə savadlı kadr çatışmazlığına səbəb olur.
Aynurə Sultan 4 mart, 2012 - 19:00