“Çağ” Öyrətim İşlətmələrinin pedaqoji müşaviri Nazim Əkbərov:Kurrikulum, müasir təhsil və tərbiyə


 Dekabrın 17-də Kafkas İlk Öğretim okulunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Həyat Bilgisi” fənni üzrə kurrikulumun milli məsləhətçisi, “Çağ” Öyrətim İşlətmələrinin pedaqoji müşaviri Nazim Əkbərov çıxış edərək, bu məktəbdə təhsil alan şagirdlərin valideynlərinə kurrikulum, müasir təhsil və tərbiyə barəsində ətraflı məlumat verib. N. Əkbərov çıxışında müasir təhsilin fərqli cəhətləri, şagirdlərin qabiliyyət və bacarıqlarının artırılmasında valideynlərin və məktəbin üzərinə düşən vəzifələr barədə söhbət açıb. Şagirdlərin daha tərbiyəli və savadlı yetişmələri üçün ən önəmli metodlardan biri olan “vəzifə vermə” barədə danışaraq misallar göstərib. Valideynlər konfransın maraqlı və olduqca zəruri olduğunu qeyd edərək, belə bir konfransı təşkil etdiyinə görə “Çağ” Öyrətim İşlətmələrinə eləcə də Nazim Əkbərova minnətdarlıqlarını bildiriblər. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF