Türkiyənin Azərbaycandakı Səfiri Bakı Özəl Türk Liseyində
Türkiyənin Azərbaycandakı Səfiri Bakı Özəl Türk Liseyində Dekabrın 15-də Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıç, eləcədə səfirliyin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu, Emniyyet müşaviri İsmail Çalışkan və Gömrük müşaviri Ramazan Ulus Bakı Özəl Türk Liseyində olublar. Ziyarətə gələn heyəti “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, və bir qrup müəllim səmimiyyətlə qarşılayıblar. Sonra “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren rəhbərlik etdiyi şirkətin fəaliyyətə başladığı vaxtdan bu günə qədər əldə etdiyi nailiyyətlər və yeniliklər barədə ətraflı məlumat verib. Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, liseylərin Respublika və Beynəlxalq Elm Olimpiadalarında şagirdlərinin ən yüksək yerləri tutmaları, Tələbə Qəbulu üzrə Dövlət K...