Lənkəranda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Bakı, 24 oktyabr, SalamNews, Ş.Nəzərli. Dekabrın 23-25-də Lənkəran Dövlət Universitetində “Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayacaq.
Lənkəran Dövlət Universiteti, AMEA Lənkəran Regional Elmi Mərkəzi, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək konfransda dayanıqlı inkişaf və idarəetməyə dair müasir təbiətşünaslıqda, humanitar və ictimai-siyasi elmlərdə alınan elmi-praktik əhəmiyyətli nəticələrə dair məruzələr dinləniləcək.
AMEA-dan SalamNews-a verilən məlumata görə, “Azərbaycanın milli inkişaf modeli”, “Təhsil və sosial-iqtisadi inkişaf”, “İnformasiya texnologiyaları ilə sosial-iqtisadi inkişaf”, “Qloballaşma şəraitində sosial-iqtisadi və ekoloji inkişafı” kimi 7 bölmədə aparılacaq. Konfransın sonunda mövzuya dair tələbə və gənc tədqiqatçılar üçün bir həftəlik tədris seminarı da nəzərdə tutulur. Tədbir proqramı çərçivəsində tanınmış alimlər ustad dərsləri keçəcəklər.
http://az.salamnews.org/az/news/read/86491/lenkeranda-beynelxalq-elmi-praktiki-konfrans-keccedilirilecek/?r=1

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq