Kayıtlar

Rayon etiketine sahip yayınlar gösteriliyor

Cəlilabad Rayon Təhsil şöbəsində görüş

Resim
Fevralın 18-də Cəlilabad Rayon Təhsil şöbəsinin müdiri Ədalət Əsgərov Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifecini və Lənkəran “Araz” kursunun müdiri Musa Şükürovu qəbul edib. Səmimi şəraitdə keçən qəbulda M. Kadifeci və M. Şükürov, Ədalət Əsgərova rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyəti, təhsildə əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublika və Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və bu ili də uğurla başa vuramağı qarşılarına məqsəd qoyduqlarını bildiriblər. Cəlilabad Rayon Təhsil şöbəsinin müdiri Ədalət Əsgərov Lənkəran Özəl Türk Liseyinin və Lənkəran “Araz” kursunun bölgədə tanınmış, nüfuzlu təhsil ocaqlarından biri olduğunu bildirib. Onların fəaliyyətin...