Qafqaz Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (AMEA İTİ) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandı
23.12.11 | Əməkdaşlığa dair Memorandum imzalandı
Qafqaz Universitetində növbəti aylıq
seminar keçirildi. Seminarda çıxış edən İnformasiya Texnologiyaları
İnstitutunun (İTİ ) direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev
universitetin müəllim və tələbə heyəti
qarşısında informasiya texnologiyaları mövzusunda çıxış etdi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin elmə, təhsilə, informasiya
texnologiyalarının inkişafına daim böyük önəm verdiyini və ölkəmizdə bu
sahələrin inkişaf etdiyini xüsusi vurğulayan natiq, müasir dünyada
elmin, təhsilin, o cümlədən informasiya texnologiyalarının önəmli
rolundan bəhs etdi.
Sonra Qafqaz Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (AMEA İTİ) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandı. Memorandumda birgə elmi tədqiqatların aparılması, innovasiya layihələrinin hazırlanması və reallaşdırılması, elmi kadrların hazırlanması, konfrans və seminarların keçirilməsi və digər məsələlər nəzərdə tutulur. R.Əliquliyev də öz çıxışında İTİ ilə Qafqaz Universiteti arasında əlaqələrin əhəmiyyətini vurğulamışdır.
Tədbirin sonunda qonağa xatirə plaketi təqdim olundu.

Tələbələrin bilik yarışı keçirilmişdir
Qafqaz Universitetində “Müasir Azərbaycan və “Çağ” Öyrətim Şirkətinin 20 illiyinə həsr edilmiş bilik yarışı” keçirilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə qazanılan uğurlardan danışmışdır.
Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin geniş qeyd olunmasının əhəmiyyətini vurğulamışdır.
“Çağ” Öyrətim Şirkətinin fəaliyyəti barədə fikirlərini açıqlayan C.Feyziyev şirkətin təhsilin inkişafındakı səmərəli rolunu diqqətə çatdırmış, gəncləri təhsildə yeni nailiyyətlər əldə etməyə çağırmışdır.
Tədbirdə Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən film göstərilmişdir. Sonra tələbələr öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Əhməd Saniç qonağa xatirə plaketini təqdim etmişdir.
Gülşən Hüseynova
“Respublika”.
http://www.respublica-news.az/2011/12/23/18719/