Kayıtlar

yalnız etiketine sahip yayınlar gösteriliyor

Qafqazın tələbələri yaşlıları yalnız qoymurlar

Resim
11 April, 2011 Universitetimizin tələbə dərnəklərindən Ekologiya dərnəyi ilə Dövlət və bələdiyyə idarəetməsi bölməsinin tələbələri müəllimləri Nərgiz Nəhmətova və Xanlar Heydərovla birlikdə Mərdəkandakı Qocalar Evini ziyarət etdilər. Tələbələrimiz qocalar evinə qida maddələri, şirniyyat, paltar, qocaların vaxtlarını keçirmələri üçün nərd, domino və sair hədiyyələr təqdim etdilər. Yeməkdən sonra qocalara təktək qayği göstərib söhbət etdilər. Qocalar evinin sakinləri tələbələrimizin hazırladıqları əyləncəli proqramı izlədilər və yarışmada iştirak edənlər müxtəlif hədiyyələr qazandılar. Sonda isə qocalar tələbələrimizin müşayəti ilə oxuyub oynadılar, tələbələrimizə xoş təəssüratlarını və təşəkkürlərini bildirdilər. Sabit İsayev