Qafqaz Universitetində həmrəylik tədbiri keçirilib.
28 December, 2011
Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri
giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet
Sanic qonaqları salamladıqdan sonra deyib ki, 31 dekabr -Dünya
Azərbaycanlılarının həmrəylik günü universitet tərəfindən hər il
təntənəli şəkildə qeyd olunur. Ali təhsil müəssisəsi ənənəsinə sadiq
qalaraq bu il də həmrəylik günü münasibətilə tədbir təşkil edib. Onun
dediyinə görə, Dünya Azərbaycanlılarının həmrəyliyi günü milli birlik,
Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, vətənə bağlılıq
hisslərini özündə təcəssüm etdirir.
Digər
çıxışedən natiq ANS–şirkətlər qurupunun informasiya şöbəsinin müxbiri
Qənirə Ataşova rektora dərin təşəkkürünü bildirdi ki, çoxdan arzu
edirdim ki, bu təhsil ocağı ilə tanış olum. Bu təhsil müəssəsinin ildən
ilə artan reytinqi məni valeh edir .Bəli bu təhsil müəssəsi əsil
Türkiyə-Azərbaycan qardaşlığının bariz numunəsidir. Sonra Qənirə xanım
31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik günündən bəhs etdi.
Gənclər
və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimovanın sözlərinə görə uzun
illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi düşündürən Dünya
Azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin
tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılıb və
ardıcıl olaraq həyata keçirilib: "Son illər ərzində dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi,
birlik və mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin
möhkəmlənməsi diaspor potensialının mühüm amilə çevrildiyini göstərir”
və 31 dekabr -Dünya Azərbaycanlılarının həmrəylik günü həm Azərbaycanda,
həm də dünya ölkələrində yaşayan Azərbaycanlılar tərəfindən qeyd
olunur.
Sonra
universitetin rəqs kollektivinin və ayrı-ayrı tələbələrin ifasında
Azərbaycana aid mahnılar səsləndirilib. Tədbirin sonunda İl ərzində
müxtəlif yarışlarda olimpiyadalarda fərqlənən tələbələrə hədiyələr
verildi.
Recep Rza