Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır


TQDK imtahanların nəticələrinə görə reytinq cədvəli hazırlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilin nəticələrini açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5433 abtituriyent 500-dən, o cümlədən 1540 abitruiyent 600-dən yuxarı bal toplayıb.

M.Abbaszadə abituriyentləri yüksək nəticələr göstərən bölgələrin də müəyyənləşdiyini qeyd edib. Onun sözlərinə bunlar əsasən respublikanın 72 bölgəsini təmsil edir.

“Bakı, Sumqayıt, Naxçıvan şəhərləri, o cümlədən Qax, Ordubad, Qəbələ, İsmayıllı rayonlarından ali məktəblərə imtahan verən abituriyentlərin bal göstəriciləri yüksək olub. Bu bölgələrdən ali təhsil müəssislərinə sənəd verən hər 100 nəfər gəncin 6-9-u imtahanlarda 500-dən yuxarı bal toplayır. Bu göstəricidə rayonlar üzrə Qax liderlik edir. Qax abituriyentlərinin topladığı bal orta hesabla 255-dən yuxarıdır. İmtahanlarda ən aşağı balı İmişli, Ağsu, Hacıqabul rayonlarının abituriyentləri göstərib. Bu rayonlar üzrə ümumi bal toplayanların orta statistik göstəricisi 165 baldan aşağıdır”.

TQDK sədri eyni zamanda ötən illərdə olduğu kimi ən yüksək keçid balı olan ali təhsil müəssilərinin siyahısının da müəyyənləşdiyini qeyd edib. O bildirib ki, ən yüksək keçid balı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Qafqaz Universitetlərinin ixtaslarınındır.

“Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır. Bu ixtisas üzrə keçid balı 667-ə yə bərabərdir. Ən aşağı keçid balı isə Azərbaycan bölməsi üzrə Azərbaycan Dövlət Aqrar Universitetinin zootexnik ixtisasındadır”.

TQDK qəbul imtahanlarının nəticələrində gender vəziyyətilə bağlı mlumatları da dərc edib. Məleykə Abbaszadə bildirib ki, 2011-ci ildə ali təhsil müəssisələrinin ixtisas seçimində oğlan və qız abituriyentlərin sayı təxminən bərabərdir, yəni 50=50.

Konfransda eyni zamanda yüksək reytinqli universitetlərin də adları açıqlanıb. Belə ki, bu siyahıya Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası liderlik edir. Burada orta bal 600-dən yuxarıdır. İkinci yerdə gələn Tibb Universitetidə orta bal göstəricisi 580-dən yuxarıdır. Üçüncü yerdə Qafqaz Universiteti, dördüncü yerdə Azərbaycan Dillər Universiteti, beşinci yerdə isə Azərbaycan Dövlət Neft Akademiyası qərarlaşıb. Bu universitetlərin orta bal göstəricisi 450-dən yuxarıdır.

Məleykə Abbaszadə bildirib ki, Bakı Dövlət Universitetinin də orta bal göstəricisi 450-dən yuxarıdır və Qafqaz Universiteti ilə rəqabət apara bilər. “Sadəcə Qafqaz Universitetində ümumi göstəricilər yüksək olduğu üçün bu siyahıda üçüncüdür”.
http://www.mia.az/news/18935.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF