"Çağ" Azərbaycan məktəblisini beynəlxalq olimpiadalara çıxardı
Qafqaz Univesitetində "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyətinin 20 illiyinə həsr olunmuş "Müasir Azərbaycan və "Çağ Öyrətim" mövzusunda elmi-praktik konfrans keçirildi. Təhsil Nazirliyi, "Çağ"ın və "Qafqaz"ın birgə təşkil etikləri tədbirdə Türkiyədən gəlmiş nümayəndələr də iştirak etdilər. Əvvəlcə tədbir iştirakçıları azadlığımız uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri oxundu. Konfrans iştirakçılarını salamlayan Qafqaz Universitetinin rektoru, prof. dr. Ahmet Saniç mənsub olduğu qurumun ən yaddaqalan günlərini yaşadığını söylədi. Bildirdi ki, 20 il öncə müstəqillik əldə etmiş qardaş Azərbaycanın təhsil həyatına ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə türk məktəbləri qədəm qoydu və sədaqətə etibarla xidmətə başladı. "Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik", - deyərək qarşı...