Bakı Özəl Türk Liseyində “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib. Müsabiqədə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz iştirak edib. Ana dilinə böyük sevgi, vətənpərvərlik hisslərini gücləndirmək, milli mənəvi dəyərləri qorumaq məqsədi daşıyan müsabiqəyə Bakı şəhərində eləcədə bir sıra bölgələrdə fəaliyyət göstərən musiqi və orta ümumtəhsil məktəblərindən də şagirdlər cəlb olunub. Burada məktəblərin şagirdləri şeir və mahnı kateqoriyaları üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Müsabiqədə məktəblilər mahnı kateqoriyasında “Əziz ana”, “Yaşa könül”, “Xalq Heydər söyləyəcək”, “Azərbaycan”, “Yaşa mənim xalqım” şeir kateqoriyasında xalq şairləri Bəxtiyar Vahabzadənin “Oxuma, bülbül”, “Gülüstan” poeması, “Anam öldümü”, Məmməd Arazın “Mənim dilim”, “Məndən ötdü, qardaşıma dəydi”, Cabir Novruzun “Sağlığında qiymət verin insanlara”, C...