Azərikimya İB-nin rəhbərliyi kadr hazırlığında təhsil müəssisələri ilə əməkdaşlığa əhəmiyyət verir

Dekabrın 23-də Azərikimya İB Müşahidə Şurasının sədri Muxtar Babayev Qafqaz Universitetində Kimya Mühəndisliyi, Sənaye Mühəndisliyi və Mexanika Mühəndisliyi ixtisaslarında təhsil alan bir qrup tələbəni qəbul etdi.
Görüşdə Qafqaz Universiteti ilə sıx əməkdaşlıqdan məmnun olduğunu bildirən M.Babyev tələbələrin uğurlu karyerası üçün potensial imkanlardan bəhs etdi. O, Azərikimyanın indiki vəziyyəti və perspektivdə nəzərdə tutulan inkişaf strategiyası, bu istiqamətdə ölkə başçısının plan və tapşırıqları haqqında tələbələrə geniş məlumat verdi. Dünyanın kimya sənayesinə getdikcə daha çox əhəmiyyət verdiyini vuğulayan Sədr bu sahənin Azərbaycanda da geniş inkişafı üçün müasir bilik və bacarıqlara sahib kadrlara ehtiyacı olduğunu qeyd edərək, yüksək səviyyəli kadrların hazırlığında bu sahədə təhsil alan tələbələri Azərikimya İB-nin potensial imkanlarından istifadə etməyə çağırdı.
Qafqaz Universiteti KPM-nin müdiri Dr.İsa Qasımov, Kimya Müəndisliyi kafedrasının müdiri Dr.Yusif Abdullayev, həmçinin Azərikimya İB-nin rəhbərliyinin məsul nümayəndələrinin də iştirak etdiyi görüşdə kadr hazırlığında həyata keçirilə biləcək ortaq layihələr müzakirə edildi.
Xatırladaq ki, Qafqaz Univeristetinin Azərikimya İB və Petkim Petrokimya Holding A.Ş. şirkətləri ilə iki tərərfli və üçtərəfli əməkdaşlıq memeorondumları mövcuddur.
Dr. İsa Qasımov

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq