Azərbaycanın İnformasiya Texnologiyaları İnstitutu ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir H.Vəliyev/ AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıç və həmin universitetin bir qrup nümayəndəsi ilə görüş keçirilib. Tədbir elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafı, birgə elmi-texniki və innovasiya layihələrinin həyata keçirilməsi, yeni İKT biliklərinə malik gənc kadrların yetişdirilməsi istiqamətində birgə fəaliyyətin təşkili məqsədi daşıyırdı. İTİ-dən cümə günü Trend-ə verilən məlumata görə, İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev İTİ-nin bir sıra dövlət proqramları, elmi-tədqiqat, innovasiya, qrant və digər layihələrdə iştirak etdiyini bildirib. İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verib, milli elmi informasiya fəzasının formalaşdırılmasında böyük əhəmiyyət kəsb edən e-elmin bərqərar olmasının zəruriliyin bildirib. E-elmin şəbə...