Rektorlar “Zaman-Azərbaycan” qəzetinin Lənkərandakı təmsilçiliyini ziyarət ediblər.
Respublikamızın nüfuzlu təhsil ocağının
rektorları - Ahmet Saniç (Qafqaz Unuversiteti), Nadir Qəhrəmanov
(Sumqayıt Dövlət Universiteti), Cəfər Cəfərov (Azərbaycan Turizm
İnstitutu), Asəf İsgəndərov (Lənkəran Dövlət Universiteti), Orucəli
Rzayev (Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı) və
Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev
“Zaman-Azərbaycan” qəzetinin Lənkərandakı təmsilçiliyini ziyarət
ediblər.
“Zaman-Azərbaycan” qəzetinin cənub bölgəsi
üzrə təmsilçisi Pənah Abdurahmanlı qonaqlara təmsilçiliyimiz haqqında
ətraflı məlumat verib. O bildirib ki, bu bölgədə təmsilçiliyimiz 1994-cü
ildən fəaliyyətə başlayıb. Bu müddətdə “Zaman” öz səhifələrində bölgə
ilə bağlı çoxlu yazılar dərc edib: “Zaman-Azərbaycan” bu bölgədə ən
oxunaqlı qəzet imicini qazanıb”.
“Zaman-Azərbaycan” ilə yaxın münasibətləri olduğunu bildirən qonaqlar
bildiriblər ki, bu mətbuat orqanı Türikiyə ilə Azərbaycan arasında
qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində əhəmiyyətli
işlər görüb. Görüşün sonunda “Zaman-Azərbaycan”ın müstəqilliyimizin
bərpasının 20 illiyi ilə əlaqədar hazırladığı “20 ilin təntənəsi” adlı
kitab qonaqlara təqdim olunub.
Qeyd edək ki, onların bu ziyarəti Lənkəran Dövlət Universitetində
“Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika”
mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans çərçivəsində
gerçəkləşib.