ARDNŞ 200 ali məktəb tələbəsinə təqaüd təqdim edib
Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS.
Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Azərbaycan ali
məktəblərinin tələbələrinə təqaüdlərin təqdim olunması ilə bağlı tədbir
keçirilib.
“APA-ECONOMICS”in xəbərinə görə, tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin müsabiqə komissiyasının qərarına əsasən, təqaüdə layiq görülmüş 200 tələbəyə, o cümlədən Azərbaycan Dövlət Neft Akademiyasının 125, Bakı Dövlət Universitetinin 27, Qafqaz Universitetinin 20, Azərbaycan Dövlət İqtisad Universitetinin 16, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 6, Moskva Dövlət Universitetinin Bakı filialının 3, SDU-nun 2, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 tələbəsinə ARDNŞ-ın təqaüdlərini təqdim edib.
R.Abdullayevin sözlərinə görə, ölkə başçısının tapşırığı əsasında gənclərin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi, neftçi mütəxəssislərin hazırlanması, şirkətin kadr potensialının daha da gücləndirilməsi məqsədilə ARDNŞ-ın 2004-2005-ci tədris ilindən başlayaraq həyata keçirdiyi təqaüd proqramının tərkib hissələrindən birini neft-qaz sənayesində tələbat olan ixtisaslar üzrə təhsil alan tələbələrə aylıq təqaüd verilməsi təşkil edir. ARDNŞ təqaüdçü tələbələri daim diqqətdə saxlayır, tədris və təcrübə işlərində onlara dəstək verir. 2009-cu ildə bu yolla 62, 2010-cu ildə 25, 2011-ci ildə isə 19 məzun işə qəbul olunub və həmin gənclərə mənzil şəraitinin yaxşılaşdırılması imkanları yaradılır. 2010-cu ildən aylıq təqaüdün məbləği 100 manatdır. 2006-cı ildən təqaüd fərdi plastik bank kartları vasitəsilə ödənilir. 2009-cu ildən müsabiqə yalnız virtual müraciət yolu ilə vasitəsilə aparılır.
http://az.apa.az/news.php?id=245942