Kayıtlar

качество etiketine sahip yayınlar gösteriliyor

QAFQAZ UNIVERSITETINDE KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİ SİSTEMİ

1993-cü ildə qurulan Qafqaz Universitetində 2000-ci ildən etibarən ISO 9001:2000 Keyfiyyətin İdarə edilməsi Sistemi tətbiq edilməktədir. Qafqaz Universiteti keyfiyyətin idarəolunması ilə bağlı sənədlərini Keyfiyyət Əl Kitabı toplusunda bir araya getirmişdir.  Qafqaz Universiteti daxili keyfiyyətin təminatı üçün seçdiyi hədəflərə daha effektiv və sürətlə çatmaq üçün tələbə, müəllim və işçi heyətini qərar alma mexanizminə daxil etmiş və keyfiyyət hədəfli idarəetmə sistemini seçmişdir.  Keyfiyyətin idarə olunmasında və daxili keyfiyyətin təminatında əsas amillərdən olan tələbə, müəllim və işçi heyətinin ən aşağıdakından ən üstdəkinə qədər “idarəetmədə iştirak”ı  universitetin daha şəffaf və daha demokratik şəkildə idarə olunmasına səbəb olmuşdur. Sadəcə universitet rəhbərliyinin, müəllim heyətinin deyil, tələbələrin də idarəetmədə iştirakı, təmsil olunmaları universitet həyatında canlılığın artmasına və müştəri məmnuniyyət ölçülərinin mənimsənməsinə fayda vermişdir. Bu mənad...