Dayanıqlı inkişaf və idarəetmə modellərinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
Lənkəran Dövlət Universiteti, AMEA Lənkəran Regional Elmi Mərkəzi, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək konfransda dayanıqlı inkişaf və idarəetməyə dair müasir təbiətşünaslıqda, humanitar və ictimai-siyasi elmlərdə alınan elmi-praktik əhəmiyyətli nəticələrə dair məruzələr dinləniləcək.
Konfransın əsas bölmələri Heydər Əliyev İrsi və Azərbaycanın müasir inkişafında İlham Əliyev mərhələsi, Azərbaycanın milli inkişaf modeli, təhsil və sosial-iqtisadi inkişaf, informasiya texnologiyaları ilə sosial-iqtisadi inkişaf, dayanıqlı inkişafın elmi-nəzəri problemləri, idarəetmə və optimal idarəetmə modelləri və qloballaşma şəraitində sosial-iqtisadi və ekoloji inkişaf mövzularından ibarət olacaq.
Konfransın sonunda mövzuya dair tələbə və gənc tədqiqatçılar üçün bir həftəlik tədris seminarı da nəzərdə tutulur. Seminarda tanınmış alimlər nümunəvi dərslər (master klass) keçirəcəklər.
http://www.azadinform.az/news/a-10522.html