“Müasir Azərbaycan və “Çağ” Öyrətim Şirkətinin 20 illiyinə həsr edilmiş bilik yarışı” keçirilmişdir

Bakı, 21 dekabr (AzərTAc). Qafqaz Universitetində “Müasir Azərbaycan və “Çağ” Öyrətim Şirkətinin 20 illiyinə həsr edilmiş bilik yarışı” keçirilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə qazanılan uğurlardan danışmışdır.
Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin geniş qeyd olunmasının əhəmiyyətini vurğulamışdır.
“Çağ” Öyrətim Şirkətinin fəaliyyəti barədə fikirlərini açıqlayan C.Feyziyev şirkətin təhsilin inkişafındakı səmərəli rolunu diqqətə çatdırmış, gəncləri təhsildə yeni nailiyyətlər əldə etməyə çağırmışdır.
Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən film göstərilmişdir.
Sonra tələbələr öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.
http://www.azertag.com/node/897525

AZ TV Bilik Yarismasi by qafqazlife

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq