Dövlət Neft Şirkətinin təqaüdləri tələbələrə təqdim olunub
08:13 / 27.12.2011
Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) ölkənin ali
məktəblərinin tələbələrinə təqaüdlərin təqdim olunması mərasimi
keçirilib.
Tədbirdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev şirkətin təqaüdçü tələbələrini daim diqqət mərkəzində saxladığını, tədris və təcrübə işlərində onlara dəstək verdiyini bildirib. R.Abdullayev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında gənclərin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi, perspektivli neftçi mütəxəssislərin hazırlanması, şirkətin kadr potensialının daha da gücləndirilməsi məqsədi ilə ARDNŞ-in 2004-2005-ci tədris ilindən başlayaraq həyata keçirdiyi Təqaüd Proqramının tərkib hissələrindən birini neft-qaz sənayesində tələbat duyulan ixtisaslar üzrə təhsil alan tələbələrə aylıq təqaüdlərin verilməsi təşkil edir. Təhsilini başa vurmuş təqaüdçülər, həmçinin təqaüd müsabiqəsində fərqlənmiş məzunlar ARDNŞ-in müəssisələrində işlə təmin olunurlar. 2009-cu ildə bu üsulla 62, 2010-cu ildə 25, 2011-ci ildə isə 19 məzun işə qəbul edilmişdir. Bununla yanaşı, həmin gənclərə mənzil şəraitinin yaxşılaşdırılması imkanları da yaradılır: “2010-cu ildən aylıq təqaüdün məbləği 100 manat təşkil edir. Təqaüd 2006-cı ildən fərdi plastik bank kartı ilə ödənilir. 2009-cu ildən isə müsabiqəyə müraciət yalnız elektron qeydiyyat vasitəsilə aparılır. 2010-2011-ci tədris ilinin I semestri üzrə Təqaüd Proqramına 18 ali təhsil müəssisəsindən 1928 tələbə müraciət edib, ilkin seçim prosesindən sonra müsabiqənin birinci turunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məntiqdən keçirilmiş test imtahanında 1512 namizəd iştirak etmiş, ikinci tura buraxılmış 339 tələbə ARDNŞ-in Müsabiqə Komissiyası tərəfindən müsahibəyə cəlb edilib. Nəticədə müxtəlif ali təhsil müəssisələrinin bakalavr və magistr təhsil pilləsi üzrə ümumilikdə 200 tələbə ARDNŞ-in təqaüdçüsü adına layiq görülüb”. R.Abdullayev şirkətin Müsabiqə Komissiyasının qərarına əsasən təqaüdə layiq görülmüş 200 tələbəyə, o cümlədən Azərbaycan Dövlət Neft Akademiyasının 125, Bakı Dövlət Universitetinin 27, Qafqaz Universitetinin 20, Azərbaycan Dövlət İqtisad Universitetinin 16, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 6, Moskva Dövlət Universitetinin Bakı filialının 3, Sumqayıt Dövlət Universitetinin 2 və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1 tələbəsinə şirkətin təqaüdlərini – plastik kartları təqdim edildiyini vurğulayıb.
Təhsil naziri Misir Mərdanov isə bildirib ki, müstəqillik əldə etdikdən sonra bütün istiqamətlərdə olduğu kimi təhsil və elm sahəsində də bir sıra yeniliklərin tətbiq olunub, əsaslı işlər aparılıb və mühüm nailiyyətlər əldə edilib. Ümummilli lider Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanın istedadlı uşaq və gənclərinə göstərdiyi qayğıdan bəhs edən təhsil naziri bu işlərin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
S.QARAYEVATədbirdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev şirkətin təqaüdçü tələbələrini daim diqqət mərkəzində saxladığını, tədris və təcrübə işlərində onlara dəstək verdiyini bildirib. R.Abdullayev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında gənclərin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi, perspektivli neftçi mütəxəssislərin hazırlanması, şirkətin kadr potensialının daha da gücləndirilməsi məqsədi ilə ARDNŞ-in 2004-2005-ci tədris ilindən başlayaraq həyata keçirdiyi Təqaüd Proqramının tərkib hissələrindən birini neft-qaz sənayesində tələbat duyulan ixtisaslar üzrə təhsil alan tələbələrə aylıq təqaüdlərin verilməsi təşkil edir. Təhsilini başa vurmuş təqaüdçülər, həmçinin təqaüd müsabiqəsində fərqlənmiş məzunlar ARDNŞ-in müəssisələrində işlə təmin olunurlar. 2009-cu ildə bu üsulla 62, 2010-cu ildə 25, 2011-ci ildə isə 19 məzun işə qəbul edilmişdir. Bununla yanaşı, həmin gənclərə mənzil şəraitinin yaxşılaşdırılması imkanları da yaradılır: “2010-cu ildən aylıq təqaüdün məbləği 100 manat təşkil edir. Təqaüd 2006-cı ildən fərdi plastik bank kartı ilə ödənilir. 2009-cu ildən isə müsabiqəyə müraciət yalnız elektron qeydiyyat vasitəsilə aparılır. 2010-2011-ci tədris ilinin I semestri üzrə Təqaüd Proqramına 18 ali təhsil müəssisəsindən 1928 tələbə müraciət edib, ilkin seçim prosesindən sonra müsabiqənin birinci turunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məntiqdən keçirilmiş test imtahanında 1512 namizəd iştirak etmiş, ikinci tura buraxılmış 339 tələbə ARDNŞ-in Müsabiqə Komissiyası tərəfindən müsahibəyə cəlb edilib. Nəticədə müxtəlif ali təhsil müəssisələrinin bakalavr və magistr təhsil pilləsi üzrə ümumilikdə 200 tələbə ARDNŞ-in təqaüdçüsü adına layiq görülüb”. R.Abdullayev şirkətin Müsabiqə Komissiyasının qərarına əsasən təqaüdə layiq görülmüş 200 tələbəyə, o cümlədən Azərbaycan Dövlət Neft Akademiyasının 125, Bakı Dövlət Universitetinin 27, Qafqaz Universitetinin 20, Azərbaycan Dövlət İqtisad Universitetinin 16, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 6, Moskva Dövlət Universitetinin Bakı filialının 3, Sumqayıt Dövlət Universitetinin 2 və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1 tələbəsinə şirkətin təqaüdlərini – plastik kartları təqdim edildiyini vurğulayıb.
Təhsil naziri Misir Mərdanov isə bildirib ki, müstəqillik əldə etdikdən sonra bütün istiqamətlərdə olduğu kimi təhsil və elm sahəsində də bir sıra yeniliklərin tətbiq olunub, əsaslı işlər aparılıb və mühüm nailiyyətlər əldə edilib. Ümummilli lider Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanın istedadlı uşaq və gənclərinə göstərdiyi qayğıdan bəhs edən təhsil naziri bu işlərin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
http://www.525.az/view.php?lang=az&menu=19&id=39013