Quba Özəl Türk Liseyində “Ana Dilimizi Sevək, Sevdirək” müsabiqəsi keçirilib


 Dekabrın 10-da Quba Özəl Türk Liseyində 21 Fevral “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş IV Azərbaycandaxili “Ana dilimizi sevək, sevdirək” adlı müsabiqəsinin şimal ərazi üzrə birinci turu keçrilib. Tədbirdə ərazi rayonlarının məktəbliləri iştirak edib. Əvvəlcə müsabiqənin ötən final mərhələlərindən fraqmentlər və “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyəti haqqında qısa video xülasələr nümayiş olunub.
Sonra müsabiqə şeir, inşa, qrammatika, mahnı, dizayn kateqoriyaları üzrə davam edib. Şeir kateqoriyasında 26, qrammatika üzrə 70, inşa kateqoriyasında 20, İnternet kateqoriyasında 10 və mahnı kateqoriyasında 11şagird iştirak edib. Quba rayon məktəblərinin müəllimlərindən təyin olunmuş münsiflər heyəti, müsabiqədə fərqlənən və fəal iştirak edən şagirdləri hədiyyə, sertifikat və tərifnamə ilə təltif ediblər.





http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/400-quba-oezl-tuerk-liseyind-ana-dilimizi-sevk-sevdirk-muesabiqsi-kecirilib.html

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.