“Anam Azərbaycan” layihəsi məktəblilərə təqdim olundu
Tədbirdə çıxış edən millət vəkili Qənirə
Paşayeva uşaqlar, yeniyetmələr və gənclər arasında milli vətənpərvərlik
ruhunu yüksəltmək, milli vətənpərvərlik ruhunu aşılamaq və gənc nəslin
milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğinin vacibliyini
vurğuladı. O bildirdi ki, vətənpərvərlik işi məhz uşaq bağçasından,
məktəblərdən, eləcə də hər bir evdən başlamalıdır.
Əməkdar artist Tünzalə Ağayeva isə öz
növbəsində məlumat verdi ki, “Anam Azərbaycan” layihəsinin ilk təqdimatı
“Çeburaşka” uşaq baxçasında keçirilmişdi, bu da təsadüfi deyil, çünki
“Uşaqlar ağ vərəq kimidir, biz onların düşüncəsinə, yaddaşına nə yazsaq,
o ruhda, o düşüncədə də böyüyəcəklər” – deyən əməkdar artist Tünzalə
Ağayeva uşaq bağçasından və məktəbdən sonra, universitetlərdə və hərbi
hissələrdə də layihənin təqdimatının keçirələcəyini və disklərin gənclər
arasında geniş yayılacağını bildirdi.http://ganirapashayeva.com/2011/12/28/anam-az%C9%99rbaycan-layih%C9%99si-m%C9%99kt%C9%99blil%C9%99r%C9%99-t%C9%99qdim-olundu/