Qafqaz Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilmişdir
29.12.2011 [01:05]
Qafqaz Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilmişdir
Qafqaz Universitetində 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə universitetin rektoru, professor Əhməd
Saniç Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd
olunmasında ulu öndər Heydər
AzərTAc xəbər verir ki, tədbirdə universitetin rektoru, professor Əhməd Saniç Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd olunmasında ulu öndər Heydər Əliyevin tarixi rolunu vurğulamışdır.
Rektor, eyni zamanda, milli birliyin, həmrəyliyin əhəmiyyətindən danışmış, əlamətdar gün münasibətilə xoş arzularını ifadə etmişdir.
Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmiş, ölkəmizdə iqtisadiyyatın, elm və təhsilin inkişaf etdiyini söyləmişlər.
Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir.
Müxtəlif yarışlarda, olimpiadalarda fərqlənən tələbələrə hədiyyələr təqdim olunmuşdur.
http://www.azertag.com/node/900655