“Fairmont Baku” oteli əmək yarmarkası keçirmişdir

19.12.2011 [15:09] “Fairmont Baku” oteli əmək yarmarkası keçirmişdir
Dünya otel sənayesinin liderlərindən olan “Fairmont Baku” oteli “Bənzərsiz şirkətdə misilsiz karyeralar” adlı əmək yarmarkası təşkil etmişdir. AzərTAc xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən əmək yarmarkasında 500-dən çox potensial namizəd iştirak etmiş
Bakı, 19 dekabr (AzərTAc). Dünya otel sənayesinin liderlərindən olan “Fairmont Baku” oteli “Bənzərsiz şirkətdə misilsiz karyeralar” adlı əmək yarmarkası təşkil etmişdir.
AzərTAc xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən əmək yarmarkasında 500-dən çox potensial namizəd iştirak etmiş, öz istedad və bacarıqlarını sınamışdır.
Bu layihə üzrə “Fairmont Baku” 6 təhsil ocağı - Azərbaycan Dillər Universiteti, “Qafqaz” Universiteti, “Odlar Yurdu” Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq etmişdir.
Otelin baş direktoru Adrian Ellis bildirmişdir: “Fairmont Baku” rəsmi açılışdan sonra genişmiqyaslı təlimlər keçirəcəkdir. Biz bu ənənəni Bakıda Təlim Akademiyasının yaradılması ilə davam etdirəcəyik. “Fairmont Baku” təxminən 350 nəfəri işlə təmin edəcəkdir. Müvafiq istedad və bacarığa malik olan təcrübəsiz işçilər akademiyada keçirilən təlimdə iştirak edəcəklər.
“Fairmont Baku” oteli 2012-ci ilin yaz aylarında fəaliyyətə başlayacaqdır.
http://www.azertag.com/node/896351

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.