Artıq bütün sahələrdə informasiya texnologiyaları mühüm rol oynayır
Dünən Qafqaz Universitetində “AICT 2011- İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beşinci beynəlxalq konfrans öz işinə başlayıb. Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç belə konfranslar silsiləsinə 2003-cü ildən onun rəhbərlik etdiyi təhsil ocağı tərəfindən start verildiyini deyib. O, 3 gün davam edəcək konfransa dünyanın 31 ölkəsindən 250-dən çox alimin məqaləsinin daxil olduğunu vurğulayıb. A. Saniç konfransda müxtəlif mövzuları əhatə edən 12 plenar iclas keçiriləcəyini söyləyib. Daha sonra bu sahənin vacibliyindən söz açan rektor: “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinin inkişafı digər sahələrin inkişafında mühüm rol oynayır”, - deyib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə dövlətin bu istiqamət üzrə kadr siyasətindən söz açıb. O bildirib ki, hökumət informasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsi işinə ...