Kayıtlar

Azərbaycan-Türkiyə Özəl Liseyləri etiketine sahip yayınlar gösteriliyor

“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı

Resim
Bakı Özəl Türk Liseyində “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib. Müsabiqədə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz iştirak edib. Ana dilinə böyük sevgi, vətənpərvərlik hisslərini gücləndirmək, milli mənəvi dəyərləri qorumaq məqsədi daşıyan müsabiqəyə Bakı şəhərində eləcədə bir sıra bölgələrdə fəaliyyət göstərən musiqi və orta ümumtəhsil məktəblərindən də şagirdlər cəlb olunub. Burada məktəblərin şagirdləri şeir və mahnı kateqoriyaları üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.  Müsabiqədə məktəblilər mahnı kateqoriyasında “Əziz ana”, “Yaşa könül”, “Xalq Heydər söyləyəcək”, “Azərbaycan”, “Yaşa mənim xalqım” şeir kateqoriyasında  xalq şairləri Bəxtiyar Vahabzadənin “Oxuma, bülbül”, “Gülüstan” poeması, “Anam öldümü”, Məmməd Arazın “Mənim dilim”, “Məndən ötdü, qardaşıma dəydi”, Cabir Novruzun “Sağlığında qiymət verin insanlara”, C...

Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi

Resim
Dekabrın 11-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibəti ilə “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin kollektivi Fəxri Xiyabana gedərək qəbrini ziyarət ediblər. Ziyarətçilər arasında Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, İdarəetmə İşləri üzrə rəis müavini Ayhan Sipahi, Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver, “Qafqaz” Azərbaycan -Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş və bir qrup müəllim və şagirdləri iştirak ediblər. Ziyarətçilər  “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycan-Türkiyə Özəl Liseyləri adından Ulu Öndərin büstü önünə əklil və tər qərənfillər qoyublar. Sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan yeni tarixinin bütöv bir mərhələsinin bilavasitə dünya səviyyəli siyasətçi və zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevlə bağlı olduğu, məhz Ulu öndərin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yoru...

“Çağ-ATÖL” bu tədris ilini 48 medalla başa vurur

Resim
“Çağ” Öyrətim Şirkətinin Azərbaycan-Türkiyə Özəl Liseyləri bu tədris ilində müxtəlif ölkələrdə keçirilən bilik yarışlarında 13 qızıl, 14 gümüş, 21 bürünc medal əldə ediblər. Bununla da “Çağ” müxtəlif bilik yarışlarından ölkəmizə gətirdiyi medalların sayını 271-ə (63 qızıl, 95 gümüş, 113 bürünc) çatdırıb. Bu ilin may ayı “Çağ” üçün daha yaddaqalan olub. Belə ki, bu ay Türkiyənin Adana şəhərində V Beynəlxalq Layihə Yarışmasında bu təhsil oçağının şagirdləri 2 qızıl, 4 gümüş, 4 bürünc medal qazanıblar. Bu yarışmada Rəşad Abdullayev və Fərid Əhmədlinin “Hidrogen və günəş batareyaları mənbəyinə əsaslanan yeni avtomobil modeli” layihəsi “Qızılların qızılı” medalı ilə qiymətləndirilib. Qeyd edək ki, Tüyap Adana Beynəlxalq Bilik Sərgisi Mərkəzində düzənlənən bu olimpiadanı izləyənlər arasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, eləcə də tanınmış iş adamı Mübariz Mənsimov də olublar. “Çağ” ABŞ-ın Hyuston ştatında 51 ölkənin məktəblilərinin qatıldığı ISWEEEP (Internat...