İNEPO məktəblilərin ekoloji tərbiyəsinin formalaşmasını təmin edir
6-7 aprel tarixləri arasında Heydər Əliyev adına İdman və Konsert Kompleksində 6-cı “İNEPO-Avrasiya” Olimpiadası keçiriləcək. Ətraf mühit və ekologiya ilə bağlı layihə müəlliflərinin yarışdıqları olimpiadada 44 ölkənin nümayəndəsinin iştirak edəcəyi gözlənilir. Bütün bunlarla bağlı olimpiadanın Təşkilat Komitəsinin sədri, “Çağ” Öyrətim Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz ilə söhbətləşdik. - Arif bəy, 6-cı “İNEPO-Avrasiya” Olimpiadası ilə bağlı məlumat verməyinizi xahiş edirik. - 2007-ci ildən keçirməyə başladığımız “İNEPO-Avrasiya” Olimpiadasının bu il 6-cısını təşkil etməyə hazırlaşırıq. İlk dəfə bu olimpiadada dünyanın 17 ölkəsi iştirak etmişdi. Builki olimpiadada isə iştirakçı ölkələrin sayı 44-ə çatıb. Həm ölkə daxilində, həm də xaricdə “İNEPO-Avrasiya”nın şöhrətinin getdikcə artması bunda əsas amil rolunu oynayıb. Məsələn, ilk vaxtlar yerli məktəblərdən olimpiadamıza 10-15 layihə təqdim olunurdusa, indi...