Xəzər mühəndislər cəmiyyətinin rəsmiləri Qafqaz universitetinin rektoru Ahmet Saniç bəylə görüşüb


Qafqaz Universiteti rektoru Ahmet SanicAzərbaycanda ilk peşəkar mühəndis təşkilatı olan Xəzər Mühəndisləri Ictimai Birliyi öz fəaliyyətini uğurla davam etdirməkdədir. Tələbə və mühəndislər üçün müxtəlif faydalı layihələr həyata keçirən XMİB-nin ən maraqlı layihələrindən biri də tələbələr üçün mühəndislik məktəbi layihəsidir. İndiyə qədər müxtəlif Yay və Qış məktəbləri keçirən cəmiyyət növbəti yay məktəbini təşkil etməyə hazırlaşır. Yeri gəlmişkən, 14 aprel 2012-ci ildə Xəzər mühəndislər cəmiyyətinin rəsmiləri Qafqaz universitetinin rektoru Ahmet Saniç bəylə görüşmüş və növbəti yay məktəbinin Qafqaz Universitetində keçirilməsi üçün razılıq almışlar. Görüş çox məhsuldar keçmiş və müxtəlif məsələlər müzkirə olunmuşdur.
Görüşdə XMİB ilə Qafqaz Universitetinin əlaqələrinin daha da genişləndirilməsi, Cəmiyyətin professionallar üçün təşkil etdiyi treyninqlərdə Qafqaz Universitetinin müəllim personalı üçün də yer ayrılması ,Robotik layihəsində Qafqaz Universitetinin dəstəyi və s. kimi mövzulara toxunuldu. Ahmet bəy bu görüşdən çox məmnun olduğunu bildirdi və gələcəkdə də Cəmiyyətin layihələrinə öz dəstəklərini əsirgəməyəcəklərini dedi.
Həmçinin, Universitetin dekanı Yədulla Babayev və müəllim personalı adından Kadir Demirkan ilə də görüşlər oldu. Hazırki çətinliklər və XMİB in bu mənada verdiyi və gələcəkdə də verə biləcəyi tövhələrdən danışıldı.
Görüşün ümumi nəticəsi olaraq deyildi ki, XMİB Qafqaz Universiteti ilə əməkdaşlıqdan çox məmnundur və bu əməkdaşlıq gələcəkdə artan trendlə davam edəcəkdir.
http://thecesworld.org/az/qafqaz-universitetinin-rektoru-ahmet-sanic-b%C9%99yl%C9%99-gorus?utm_source=rss&utm_medium=rss&utm_campaign=qafqaz-universitetinin-rektoru-ahmet-sanic-b%25c9%2599yl%25c9%2599-gorus

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF