Maliyyə bölməsinin 3-kurs tələbələri Uşaq Evini ziyarət etdi
Qafqaz
Universitetinin müəllim və tələbələrinin xeyriyyə işləri davam edir. Bu
çərçivədə növbəti tədbir Maliyyə bölməsinin 3-kurs tələbələri
tərəfindən keçirilmişdir. Bölmənin müəllim və tələbələri aprel ayının
22-də Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Ümid yeri”
uşaqlar evini ziyarət etmişlər.
Ata-ana
nəvazişindən məhrum olmuş uşaqlarla ünsiyyətdən olduqca məmnun olmuş
tələbələr onlarla ayrı-ayrılıqda görüşərək söhbət etmiş, oyunlar
oynamış, hədiyyələr vermiş və kimsəsizlərə maddi və mənəvi dayaq
olmuşlardır.
Tələbələr belə görüşlərin tez-tez keçirilməsini arzu etdiklərini bildirmiş və ziyarət valideyin qayğısından məhrum olmuş uşaqların hədsiz sevincinə səbəb olmuşdur. Uşaq evinin işçiləri və uşaqlar, Qafqaz Universitetinin müəllim və şagirdlərinə xeyirxah əməllərinə görə minnətdarlıqlarını bildirmişlər.