Bakıda Beynəlxalq Lahiyə olimpiadası keçiriləcək

6-7 aprel tarixlərində ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Lahiyə olimpiadası keçiriləcək. Olimpiadanın məqsədi Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli bilgiləndirmək, şagirdlərdə ekoliji şüuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas, müsbət qalıcı münasibəti formalaşdırmaqdır. Olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan dövlət neft şirkəti, İctimai televiziya və radio yayımları şirkəti, “Çağ” öyrətim şirkəti və İNEPO-AVRASİYA Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Bu
barədə dünən keçirilmiş mətbuat konfransında “Çağ” Öyrətim Şirkəti
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz
məlumat verdi. Onun sözlərinə görə, bu il olimpiadaya Əfqanıstan,
Albaniya, Banqladeş, Belorusiya, Bosniya, Gürcüstan, İndoneziya, İran,
Qazağıstan, Somali, Anqola, Misir, Mozanbik də daxil olmaqla 42 ölkə
qatılacaq. 17 ölkənin təmsilçiləri artıq paytaxtdadırlar. “2007-ci ildən
keçirilən olimpiadanın təşkilat komitəsinə bu il xaricdən 350,
Azərbaycandan isə 294 lahiyə təqdim olunub. Xaricdən göndərilənlər
içərisindən 80, yerli müraciətlərdən isə 60 lahiyə seçilərək münsiflər
heyətinin müzakirəsinə təqdim olunub”. Qeyd edək ki, olimpiadanın
keçirildiyi ilk il 17 ölkə qatılmışdı.
Qonaqlar
bu gün təşkilatçılarla görüş keçirəcək, sabah isə bir neçə ekskuriyaya
qatılacaqlar. Aprelin 6-da tədbirin açılış mərasimi keçiriləcək və
olimpiada iştirakçılarının təqdim etdikləri lahiyələrin sərgisi
ictimaiyyətə nümayiş etdiriləcək. Aprelin 7-si isə qaliblər
mükafatlandırılacaq. Hər bir şəxs üçün giriş pulsuzdur.