Samsun Böyükşəhər Bələdiyyə üzvləri liseydə

Türkiyə Cumhuriyyətinin Samsun Böyükşəhər Bələdiyyə başçısı Yusuf Ziya Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti, “Qafqaz” Universitetinin rektoru, professor Ahmet Saniç və Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu Quba Rayon İcra Hakimiyyətində olublar.  Qonaqları rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Ağayev səmimiyyətlə qəbul edib.
Qeyd edək ki, 1997-cı ildə Samsun Böyükşəhər Bələdiyyə məclisində Quba və Samsun şəhərləri arasında "qardaş şəhər" olmaları ilə bağlı qərar qəbul edilmişdir.
Görüşdə iki qardaş ölkənin qardaşlaşmış iki şəhərinin qarşlıqlı münasibətlərinin inkişafından, bu dostluq qarşdaşlığın “Qafqaz” Universitetinin və   Quba Özəl Türk Liseyinin simasında əbədi bağlanmasından danışıblar. Bu görüşdən məmnun olduğunu bildirən İcra Başçısı qonaqlara eləcə də “Qafqaz”ın və Quba Özəl Türk Liseyinin pedaqoji kollektivinə işlərində uğurlar arzulayıb.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.
 Daha sonra qonaqlar Quba şəhərindəki kütləvi məzarlığı ziyarət ediblər. Burada gördüklərindən təsirlənərək ermənilərin törətdiklər bu vəhşilikləri pisləyiblər.
Sonra qonaqlar Quba Özəl Türk Liseyinə gələrək məktəbin müəllim və şagird kollektivi eləcə də tədris şəraiti ilə yaxından tanış olublar. Qonaqları liseyin müəllim və şagirdləri böyük coşqu ilə, gül-çiçəklə qarşılayıblar. Liseyin müdiri Mustafa Alagözoğlu Türkiyəli qonaqlara bu təhsil ocağının əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verib. Qonaqlar burada şagirdlər üçün hazırlanmış şəraitdən şagirdlərinin təhsildə qazandıqları uğurlardan məmnun olduqlarını bildiriblər və liseyin pedaqoji kollektivnə uğurlar diləyiblər. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF