“İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları”
27 April, 2012,
Bu gün Qafqaz Universitetinin Pedaqoqika
fakultəsi İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim İşlətmələri
şirkətinin 20-ci ildönümünə həsr olunmuş “İngilis dili və ədəbiyyatında
yeni yanaşma metodları” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq
konfransı keçirilib.
Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, konfransda
universitetin rektoru professor Ahmet Sanıç gənc tədqiqatçıları
salamlayıb, ingilis dilinin günümüzdəki əhəmiyyətindən bəhs edib.
Universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra müdiri Ali Bereket isə bunları deyib: “Məqsəd tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və nəticələri müzakirə etmək, araşdırmaqda olduqları elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, İngilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarını daha səmərəli araşdırmaqdır”.
Bir gün davam edən kofransın proqramı dilçilik, ədəbiyyat və təhsil kimi tədqiqat sahələrini əhatə edib. “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı gənc tədqiqatçıların II beynəlxalq konfransında ölkə daxilindən və xaricindən səksənə yaxın tədqiqatçı iştirak edib. Konfrans Qafqaz Universitetinin auditoriyalarında seksiyalara bölünərək davam etdirilib.
Qeyd edək ki, konfransın sponsoru Azersun Holdingdir.
Nigar Məmmədli