VI Beynəlxalq Layihə Olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Aprelin
7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində məktəblilərin
ənənəvi Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının
(INEPO-EUROASIA) mükafatlandırma mərasimi keçirilib. Mərasim Azərbaycan
Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Sonra mərasimi
“İNEPO-Avrasiya” Ekologiya İctimai Birliyinin sədri Arif Gömleksiz
beynəlxalq layihə olimpiadası haqqında məlumat verib. O, bildirib ki,
biz hamımız Azərbaycanımızın sürətlə, dinamik inkişafının, dünya
dövlətləri arasında öz layiqli yerini tutduğunu qürur hissi ilə müşahidə
edir, bu inkişafın iştirakçısı olmağımızla fəxr edirik. Son illərdə
Azərbaycan Prezidentinin apardığı məqsədyönlü, düşünülmüş, sağlam
siyasət sayəsində ölkəmizin regional və qlobal siyasətdə rolu durmadan
artır. Azərbaycan bir-birinin ardınca siyasi, iqtisadi, mədəni, elmi,
sosial sahələrdə keçirilən müxtəlif beynəlxalq tədbirlərin ünvanına
çevrilir, Azərbaycanın sülhsevər, humanist siyasəti dünyanın diqqətini
cəlb edir. Belə tədbirlərdən biri də müasir dünyanın ən ümdə
problemlərindən biri olan ekoloji mühitin sağlamlığına yetirilən diqqət
və qayğıdır. Hamımız 2010-cu ildə ölkə rəhbəri İlham Əliyev cənablarının
ekoloji problemlərin həlli və ekoloji tərbiyə sahəsində imzaladığı
sərəncamı yaxşı xatırlayırıq. Məhz həmin sərəncamdan sonra bizim
olimpiada fəaliyyətimiz bambaşqa bir məzmun kəsb etməyə başlamışdır.
2007-ci ildə 17 ölkənin iştirakı ilə başlayan olimpiadamız tezliklə
genişlənmiş, daha geniş coğrafiyanı əhatə etməyə başlamışdır. Nəticədə
bu gün olimpiada iştirakçısı olan dövlətlərin sayı 42-ə çatmış, müvafiq
olaraq da iştirakçı şagirdlərin sayı qat-qat artmışdır.
Daha
sonra natiq qeyd edib ki, getdikcə ekoloji problemlərin həllində və bu
barədə müzakirələrdə Azərbaycanın təsirinin gücləndiyini hiss edirik.
Elə son dövrlərdə xanım Leyla İlham qızı Əliyevanın təşəbbüsü ilə
fəaliyyətə başlayan İDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası
dediklərimizə ən bariz sübutdur.
Olimpiada
yarış olduğu üçün heç şübhəsiz, onun qalibləri də olacaqdır. Amma nə
yaxşı ki, bu qaliblərin qarşısında məğlublar olmayacaqdır. Çünki dünyanı
xilas etmək kimi bir müqəddəs vəzifəni öz çiyinlərinə almış bir insanın
əldə etdiyi nə olursa olsun, o, yenə qalibdir. Ona görə də cəsarətlə
deyirik ki, bu olimpiadanın nəticəsi hər bir iştirakçının qələbəsi
deməkdir.
Çıxışının
sonunda natiq, olimpiadanın təşkilatçılarında olan “Çağ” Öyrətim
Şirkətitinin 20 illik yubileyini qeyd etdiyini xatırladaraq Təşkilt
Komitəmiz adından “Çağ” Öyrətim Şirkətitini təbrik etdi, Azərbaycanın
yeni nəslinin yetişdirilməsi işində iştirakında ona, bütün pedaqoji
kollektivlərinə daha böyük uğurlar arzuladı.
Sonda,
Təşkilat Komitəsinin sədri məktəblilərin Ətraf Mühitin Mühafizəsi VI
Beynəlxalq Layihə Olimpiadasının keçirilməsində dəstək olanlara
minnətdarlığını bildirib.
Olimpiadada
42 ölkədən 400-ə qədər iştirakçı yarışıblar. Bu olimpiadada Azərbaycan,
Anqola, Mərkəzi Afrika Respublikası, İordaniya, Laos, Yəmən, Litva,
Pakistan, Ukrayna, Əfqanıstan, İran, Albaniya, Belarusiya, Hindistan,
Gürcüstan, İndoneziya, İraq, Qırğızıstan, Makedoniya, Rumıniya,
Slovakiya, Tayland, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan,
Filippin, Vyetnam, Malaziya, Meksika, Şimali Kipr, Monqolustan, Bosniya
və Hersoqovina, kimi yaxın-uzaq ölkələrdən gələn şagirdlər qatılıblar.
Olimpiadada
azərbaycanın bir sıra dövlət, hökumət, nazirlik, millət
vəkilləri,Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndələri, idarə,
elm və təhsil müəssisələri rəhbərləri və s. iştirak ediblər.
Ətraf
Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasında qalibləri
mükafatlandıran Azərbaycan Təhsil nazirinin müavini Qulu Novruzov çıxış
edərək bu layihənin həyata keçirilməsində dəstək olan bütün təşkilatlara
minnətdarlıq edib. Nazir müavini, bu olimpiadanın təkilatçısı olan
“Çağ” Öyrətim İşlətmələrinə və “İNEPO-Avrasiya” Ekoloji İctimai
Birliyinə xüsusi təşəkkürünü bildirib. Sonra ”Çağ” Öyrətim
İşlətmələrinin Ümummilli Liderimiz Heydər Əliyevin xeyir-duası ilə
fəaliyyətə başlamasından, öz əqidəsinə sadiq qalaraq Azərbaycan
Prezidenti İlham Əliyevin bütün sahələrlə bərabər bu sahəyə də xüsusi
diqqətlə yanaşmasına dəstək olaraq Ətraf Mühitin Mühafizəsi VI
Beynəlxalq Layihə Olimpiadasına təşkilatçılıq etməsindən və bu
olimpiadanın əhəmiyyətindən danışıb.
Bu
olimpiada 291 saylı “Araz” Ekologiya liseyinin şagirdləri Məmməd
Məmmədov, Turan Cabbarlı, “Təfəkkür liseyinin şagirdləri Sadiq
Həsənzadə, Tofiq Xıdırov, 6 saylı məktəb liseyin şagirdləri Hüseyn
Məmmədli, Əli Rzayev, TET gimnaziyasının şagirdləri Şəbnəm Adıgözəlova,
Cavidan Fərəczadə qızıl medala layiq görülüblər.
Sumqayıt
Özəl Türk Liseyinin şagirdləri Rauf Hüseynli, Nurlan Əhmədov, Qax
şəhəri H. Allahverdiyev adına 2 saylı məktəb lisey və Qax “Araz”
kurslarının şagirdləri Elmir Muxtarov, Minayə Əhmədzadə, Ordubad Qız
Liseyinin şagirdləri Şəhla Cəbrayılova, Bənövşə Qasımova, Şəki şəhər 20
saylı tam orta məktəbin şagirdləri Yusif Mustafayev, Əli Xəlilov, 189
saylı orta məktəbin şagirdi Fəridə İsmayılova, “Qafqaz”
Azərbaycan-Türkiyə Gimnaziyasının şagirdi Aytac Abbaszadə, “Təfəkkür”
Liseyinin şagirdləri Murat Çobanov, Bəsirə Ağayeva, Bakı Slavyan
Universitetinin məktəb-lisey kompleksinin şagirdləri Kamal Tağızadə,
Leyla Hacılı, Yusif Məmmədəliyev adına 31 saylı məktəbin şagirdləri
Ramiyyə Əliyeva, Günel Yaqublu, 43 saylı orta məktəb və Dədə Qorqud Özəl
Türk Liseyinin şagirdləri Rauf Allahverdiyev, Ramin Abbasbəyli, “Ankara
məktəbi” məktəb- liseyinin şagirdləri Ziya Həsənzadə, Rəmziyyə
Qarazadə, Quba rayon Xarovşa kənd orta məktəbi və Quba Özəl Türk
Liseyinin şagirdləri Vüqar Zeynalov, Pərviz Güləliyev gümüş medala layiq
görülüblər.
“Qafqaz”
Azərbaycan-Türkiyə Gimnaziyasının şagirdləri Nəzrin Novruzova, Aysel
Bəşirzadə, Qaradağ rayon 139 saylı orta məktəbin və Şirvan Özəl Türk
Liseyinin şagirdləri Orxan Seyidli, Çinarə Seyidzadə, 20 saylı orta
məktəbin və Ağdaş Özəl Türk Liseyinin şagirdləri Cəmil Yusifzadə, Əli
Məmmədov, Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdləri Toğrul
Şıxlınski və Emin Vəliyev, “İdrak” məktəb liseyi və Sumqayit Özəl türk
Liseyinin şagirdləri Elşən Xudiyev, Cavid Tahirli, Tahir Həsənov adına
23 saylı orta məktəbin şagirdləri Firuzə Məmmədova, Əkbər Rəşidov,
Mingəçevir şəhər A. Noel adına 13 saylı orta məktəb və Mingəçevir Özəl
Türk Liseyinin şagirdləri Zaur Vəlizadə, Elçin İsmayılov, Sumqayıt
şəhər Təbiət Fənləri Təmayüllü Gimnaziyasının şagirdləri Günel Abbasova,
Nərmin Xəlilzadə, Şamaxı rayonu 5 saylı orta məktəb və “Qafqaz”
Azərbaycan -Türkiyə Gimnaziyasının şagirdləri Jalə Əliyeva, Yaqut
Qubatova, 18 saylı orta məktəbin şagirdləri Gülnarə Abdurəhimova, Murad
Muradzadə, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri
Hafizə Abbaszadə, Qumral Həbibbəyli, Bakı Türk İlköğretim okulunun
şagirdləri Ali Hikmet, Mert Faruk Yesir, Hacıqabul şəhər İ. Ələkbərov
adına 1 saylı tam orta məktəbin şagirdləri Zəminə Mustafayeva, Rüstəm
Hüseynov, “Zəngi” Liseyinin şagirdləri Fidan Abdullayeva, Rauf
Rəhimzadə, 24 saylı tam orta məktəbin şagirdləri Rəşid Behbudov, Həmid
Behbudov, 25 saylı tam orta məktəbin şagirdləri Aygün Hüseyova, Rövşən
Səfərov, “Tərəqqi” Liseyinin və Bakı Özəl Türk Liseyinin şagirdləri Ünal
Həsənli, Elman Əliyev olimpiadanın bürünc medalı ilə təltif olunublar.
Bununla
bərabər ekologiya sahəsində hazırladıqları proqramlara və məqalələrə
görə bir qrup qəzet və elektron KİV nümayəndələridə mükafatlandırılıb.
Daha
sonra, dünyanın ekoloji vəziyyətindən bəhs edən film nümayiş etdirilib.
“Təbəssüm” rəqs ansamblı isə olimpiada iştirakçılarını və qonaqları
özünə məxsus bir tərzdə-şən rəqslə salamlayıb.
Adı
çəkilən olimpiadada çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin
vitse-prezidenti Rəfiqə Hüseynzadə, millət vəkili Yevda Abramov,
Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Türkiyə
Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi
Kılıc və “Çağ” Öyrətim İşlətmələrinin prezidenti Dr. Enver Özeren bu
olimpiadanın keçirilməsində iştirak edən Azərbaycan Respublikası Təhsil
Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Dövlət
Neft Şirkətinə, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və
“Çağ” Öyrətim İşlətmələrinə eləcə də “İNEPO-Avrasiya” Ekologiya İctimai
Birliyinə minnətdarlıqlarını bildiriblər. Sonra məktəblilərin ənənəvi
Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının
(INEPO-EUROASIA) Təşkilat Komitəsinin üzvlərinə xatirə hədiyyəsi təqdim
edib.